Zəlzələdən sonra itkin düşmüş hesab olunan 4 Azərbaycan vətəndaşı tapılıb

11-02-2023, 15:34
3 872
Zəlzələdən sonra itkin düşmüş hesab olunan 4 Azərbaycan vətəndaşı tapılıb

Azərbaycanın Türkiyədəki səfirliyi fevralın 6-da zəlzələdən sonra barələrində məlumat olmayan 4 Azərbaycan vətəndaşının yerini müəyyən edib. 

Onların Malatya Geri göndərmə mərkəzində olduqları müəyyən edilib, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat verib. Səfirliyin əməkdaşları Səfərov Fuad Ziyad oğlu, Əsgərov Həsənqulu Elşad oğlu, Qarayev Nicat Zaur oğlu və Vəliyev Namaz Allahverdi oğlu ilə görüşüblər. Vətəndaşlar səhhətlərinin normal olduğunu bildiriblər. 

Dağıdıcı zəlzələdən zərər çəkmiş Azərbaycan vətəndaşlarının və onların ailə üzvü olan xarici ölkə vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər davam edir. 

10 fevral axşam saatlarına olan məlumata görə, 438 nəfər zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub, onlardan 58-i azyaşlı, 209 nəfər isə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdir. Təxliyə prosesi davam etməkdədir.

XİN-in son məlumatılna görə, zəlzələ nəticəsində beş Azərbaycan vətəndaşı həlak olub.

XİN həlak olanların adbaad siyahısını təqdim edib: 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı, 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızı və 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızı. 

скачать dle 12.1
Xəbər lenti