AXCP-nin PKK sevgisi - Öcalanın dostlarını mədh edən “vətənpərvər”lər

18-02-2023, 13:09
4 305
AXCP-nin PKK sevgisi - Öcalanın dostlarını mədh edən “vətənpərvər”lər

AXCP-nin sədr müavini Seymur Həzi qalmaqallı və bir o qədər də təəccüblü çıxışı ilə gündəmə gəlib. O, terror təşkilatı PKK ilə birbaşa əlaqəli şəxs olan HDP sədri Səlahəddin Dəmirtaşı “siyasi məhbus” və “Türkiyə üçün kilid siyasətçi” adlandırıb. Öz çıxışında hazırda həbsdə olan Səlahəddin Dəmirtaşı az qala mədh edən S.Həzi daha da irəli gedərək onun fəaliyyətini “bu coğrafiya üçün cəsur nümunə” hesab etdiyini bildirib (“Yeni Sabah”).

Neçə aydır ki, Türkiyədə səfərdə olan Seymur Həzinin PKK ilə birbaşa əlaqələrə malik Dəmirtaşı “göylərə qaldırması” ictimaiyyətdə ciddi çaşqınlığa səbəb olub. Əli Kərimlinin müavininin bu təxribatçı çıxışı nə üçün və niyə məhz indi etməsi isə bu istiqamətdəki şübhələri daha da artırıb.

Seymur Həzi AXCP-nin önəmli şəxslərindən biridir. Bu mövqedə olan və özünü siyasətçi hesab edən bir şəxsin belə həssas mövzuda düşünülmədən və qeyri-iradi olaraq mövqe bildirməsi inandırıcı deyil. Bu ifadələrin ajiotaja və fərqli anlaşılmaya açıq olduğunu bilərək yenə də belə açıqlama vermək baş verənlərin əvvəlcədən planlanmış hərəkət olduğunu deməyə əsas verir.

Şübhəsiz ki, Seymur Həzi səsləndirdiyi ifadələrinin fərqli şəkildə anlaşılacağını çox yaxşı başa düşürdü, lakin o, hər şeyə rəğmən bu riski almağı seçib. Sual yaranır: nədən?

Açıq şəkildə terroru dəstəkləyən, “uşaq qatili” Öcalanın heykəlini ucaltmağı təklif edən Dəmirtaş haqqında Seymur Həzinin bu mövqeyi ciddi suallar doğurur. Türkiyədə “dəyişikiyi” hər şeydən çox arzulayan Seymur Həzi öz məqsədinə çatmaq üçün Dəmirtaşı da, HDP-ni, lap Öcalanı da müdafiə eləməyə hazır olduğu görünür.

Zəruri qeyd: bu həmin insanlıq simasını itirən terrorçu PKK-dır ki, onun tərəfdarları iki gün öncə Almaniyada Türkiyədə zəlzələ qurbanları üçün toplanan və anbarda saxlanan yardımı, həmçinin Türkiyə bayrağını yandırıblar. Dünyanın başqa heç bir yerində, hətta Ermənistanda belə simasızlıq qeydə alınmayıb.

Tənzilə Rüstəmxanlı – Rəsmi İnternet Saytı

Tənzilə Rüstəmxanlı: “Terror təşkilatının başında duran şəxsləri tərifləməkdən doymayan zehniyyət Dəmirtaş zehniyyəti ilə eynidir”

Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı  “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin daxili siyasəti ilə bağlı ictimai-siyasi xadimlər fikir söyləyə bilər, amma bəzi məsələlər var ki, başqa ölkələrin siyasətlə məşğul olan şəxsləri bu qədər açıq fikir bildirməli deyillər: “Səlahəddin Demirtaş PPK-nı terror təşkilatı kimi tanımayan Xalqların Demokratik Partiyasının (HDP) həmsədlərindən biridir. Minlərlə insanı qətl edən terror təşkilatının başında duran şəxsləri tərifləməkdən doymayan zehniyyət elə Dəmirtaş zehniyyəti ilə eynidir. Xüsusilə azərbaycanlılar belə davranmamalıdır. Bu açıq şəkildə PKK-nı dəstəkləmək deməkdir.

HDP-li millət vəkilləri PKK ilə məsafəni qoruya bilmədi. Hər zaman bir-birinə yaxın idilər. Türkiyədə 30 mindən çox insanı qətl edən terror təşkilatının dəstəyi ilə millət vəkili olublar. Türkiyə hökuməti PKK ilə mübarizəyə başlamadan öncə hər vasitə ilə danışıqlara gedirdi. Hətta Öcalanın yanına nümayəndə heyəti göndərilmişdi. O zaman belə Atatürkün heykəlini yıxırdılar, türk bayrağını hər yerdən yığışdırmışdılar, yandırırdılar. PKK xarici ölkələrdən maliyyə dəstəyi alır. Bir sözlə, Türkiyəyə düşmən mövqedə olanlar PKK-nı dəstəkləyirlər".

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı: “Öcalana heykəl qoymaq istəyən şəxsi tərifləmək Vətənə, millətə, Türkiyəyə xainlikdir”

Ağ Partiya başqanı Tural Abbaslı mövzunu “Yeni Müsavat”a şərh edərkən məsələni şəxsiləşdirməyin əleyhinə olduğunu bildirdi. Onun fikrincə, Türkiyədə məhkəmə tərəfindən həbs olunan cinayətkar haqqında tərifli ifadələr işlətmək yolverilməzdir: “İqtidar yaxud müxalifətdə təmsil olunmasından asılı olmayaraq hər hansı şəxs Öcalana heykəl qoymaq istəyən şəxsi tərifləyirsə, bu, Vətənə, millətə, Türkiyəyə xainlikdir. Mən məsələnin miqyasının kiçildilməsini istəmirəm. Burada söhbət siyasi düşüncədən gedir. Özünü Azərbaycanda müxalifət partiyası adlandıran partiya hesabat versin ki, PKK-nı terror təşkilatı kimi tanımırıq və tanımayacağıq, biz də Öcalana burada heykəl qoyacağıq. Yaxud yanlış etdiklərini bəyan etsinlər və açıqlamanı verən şəxslə bağlı mövqe bildirsinlər. Əslində susqunluq razılıq əlamətidir. Bunu istənilən deputat da desə, ona qarşı da mövqeyimiz eyni olacaq. Dəmirtaşı tərifləyən şəxs PKK-ya dəstək vermiş olur”.

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı qeyd etdi ki, Azərbaycan dövləti və xalqı qardaş xalqa qarşı törədilmiş istənilən terroru pisləyir. O hesab edir ki, Seymur Həzinin Səlahəddin Dəmirtaşa “sevgisi” təsadüfi deyil: “O, uzun illərdir siyasətlə məşğuldur, Əli Kərimlinin müavinidir. Seymur Həzinin məhz Türkiyədə səfərdə olduğu dövrdə belə fikir səsləndirməsinə də diqqət etmək lazımdır. Bunu araşdırmaq, mənbəyini tapmaq lazımdır. Çox güman ki, burada müəyyən əlaqələr mövcuddur. Azərbaycan cəmiyyəti Əli Kərimlinin Rusiya ilə, Qənimət Zahid vasitəsilə İranla əlaqələrini görüb. Onlar bunu heç zaman gizlətməyiblər. Əli Kərimli öz rifahı üçün istənilən təşkilatla əməkdaşlıq etməyə hazırdır.  O öz lideri Əbülfəz Elçibəyə pul müqabilində xəyanət etmiş biridir. Bu baxımdan Seymur Həzinin  bu cür açıqlaması təəccüblü deyil”.

Zelenski qəhrəman deyil, qəhrəman olsaydı bu duruma düşməzdilər" - Niyaməddin Orduxanlı, son xeberler

Niyaməddin Orduxanlı: “Seymur Həzinin Səlahəttin Dəmirtaşa "sevgisi" təsadüfi deyil" 

Seymur Həzi isə özünə bəraət üçün sosial media vasitəsi ilə belə bir izah verib: “Əziz dostlar, yenə bir spekulyasiya başladı. ”Kilid" adam o deməkdir ki, kimi dəstəkləsə, o seçiləcək. Yəni tarazlığı o dəyişə bilər. Bu gün Türkiyə siyasətində olan əksər partiyalar onunla danışıq aparırlar ki, seçkidə birgə iştirak etsinlər. Türkiyənin ərazi bütövlüyü və suverenliyi hamımız üçün qırmızı xətdir. Amma mənim Dəmirtaş haqda dediyimdən 10 qat artığını Türkiyənin milli qüvvələri deyir, məncə, spekuliyasiyaya ehtiyac yoxdur".

Bəs Dəmirtaşın “siyasi məhbus” adlandırılaraq mədh edilməsi?.. 

скачать dle 12.1
Xəbər lenti