Bakıda inkassatorlara hücum edilib, bir nəfər ölüb

5-03-2023, 13:13
3 520
Bakıda inkassatorlara hücum edilib, bir nəfər ölüb

Xətai rayonundakı “Bravo” hipermarketinin qarşısında inkassatorlara hücum edən şəxs, pulu götürərək qaçıb.

Martın 4-də saat 12:30 radələrində Bakının Xətai rayonundakı “Bravo” hipermarketinin qarşısında inkassatorlara avtomat silahla hücum edib.

Hücum nəticəsində inkassatorlardan biri həlak olub, digəri yaralanıb.

Bu barədə “Turan” Agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən deyiblər.

Baş Prokurorluğun məlumatında deyilir ki, prokurorluğun müxtəlif şöbə və idarələrinin əməkdaşları yerində operativ tədbirlər keçirirlər.

Hadisənin şahidləri sosial mediada bildirirlər ki, hücum edən bankomatın yanında inkassatorlara atəş açıb. Nəticədə 1 nəfər hadisə yerində həlak olub, iki nəfərsə yaralanıb.

Məlumatda görə, basqın edən pul torbasını götürərək qaçıb.

Hüquq-mühafizə orqanları şahidləri dindirir və təqsirkarların hazırda axtarıldığı deyilir.

APA agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə istinadən yaydığı məlumata görə isə, Bakıdakı Hipermarketdə baş verən hadisə ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.

скачать dle 12.1
Xəbər lenti