Qarabağda ATIŞMA - Qarabağa silah daşımaq istəyən separatçılar məhv edildi – detallar “Canlı debat”da

5-03-2023, 13:31
5 963
Qarabağda ATIŞMA - Qarabağa silah daşımaq istəyən separatçılar məhv edildi – detallar “Canlı debat”da

Azərbaycan Ordusu ilə Qarabağda məskunlaşan erməni separatçı qüvvələr arasında silahlı insident yaşanıb. Bu barədə “Caliber” məlumat yayıb.

“Müəyyən müddət ərzində Azərbaycan tərəfi Ermənistan ərazisindən alternativ əsas Laçın yolundan, torpaq yoldan - Xələfəli yolundan yan keçərək Qarabağ bölgəsinə silah və sursatların daşınması barədə siqnallar almağa başlayıb. Bu gün daha bir analoji siqnal alan əməliyyatçılarımız əraziyə baxış keçirmək üçün yola çıxıblar. Bizim əməliyyatçılar yoldan keçən erməni avtomobilini saxlamaq istəyəndə onun sərnişinləri atəş açıblar.

Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib. Bugünkü silahlı insident Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı təxribat törətməkdə, onun ərazisinə silah-sursat, eləcə də canlı qüvvə atmaqda davam etdiyini təsdiqləyir”, - məlumatda bildirilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Bazar Xəbər” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

скачать dle 12.1
Xəbər lenti