Medvedevdən silahlı basqında öldürülən Rüfətlə bağlı PAYLAŞIM

6-03-2023, 11:07
4 133
Medvedevdən silahlı basqında öldürülən Rüfətlə bağlı PAYLAŞIM

Azərbaycan Milli komandası və "Qarabağ" futbol klubunun müdafiəçisi Maksim Medvedev Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində öldürülən Həşimov Rüfət Rahib oğlu ilə bağlı paylaşım edib.

M.Medvedev Rüfət Həşimovla birgə şəklini bölüşüb.

O, həmçinin paylaşıma "Allah rəhmət eləsin, sən bizim qəlbimizdəsən", - deyə sözlərini qeyd edib.

Xatırladaq ki, 4 mart, saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Birgə məlumatda qeyd edilib ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb. (novoye-vremya.com)

1677995170_maksim5medvedev-3051226107174785006.jpg (605 KB)

скачать dle 12.1
Xəbər lenti