Serj Sarkisyan: ‘Bizim azərbaycanlılarla danışacağımız nəsə yoxdur’

11-03-2023, 12:45
6 696
Serj Sarkisyan: ‘Bizim azərbaycanlılarla danışacağımız nəsə yoxdur’

“Qarabağda və Ermənistanda vəziyyəti yalnız baş danışıqçının dəyişməsi dəyişə bilər”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu martın 7-də Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.

Onun sözlərinə görə bugün nə vasitəçilər, nə də Azərbaycan baş nazir Nikol Paşinyanı ciddi qəbul etmirlər:

“Mən bunu demişəm, yenə də təkrar edirəm. Danışıqçını dəyişmək lazımdır”.

Serj Sarkisyan bəyan edib ki, onun hakimiyyətə qayıtmaq ambisiyası yoxdur və o heç vaxt Ermənistanın danışıqçısı olmayacaq.

Amma o əmin olduğunu bildirib ki, lider dəyişəndən sonra danışıqlar prosesi başqa istiqamətdə getməlidir:

“Bəli, onu kim əvəz edirsə etsin, vəziyyət çox mürəkkəb olacaq, amma fikrimcə bu mümkündür”.

Sarkisyan kitabını təqdim edirdi

Serj Sarkisyan bu bəyanatları martın 7-də öz kitabının təqdimat mərasimində jurnalistlərin suallarına cavab verərkən səsləndirib.

Əslən Azərbaycanın Qarabağ bölgəsindən olan Sarkisyan “Danışıqların ön cəbhəsində” adlı kitabında Ermənistan lideri olduğu on il ərzində etdiyi çıxışları və verdiyi bəyanatları ümumiləşdirməyə çalışıb.

Serj Sarkisyan daha sonra bildirib:

“Əslində biz azərbaycanlılarla danışıq aparmamışıq, biz danışıqları vasitəçilərlə aparmışıq. Çünki bizim azərbaycanlılarla razılığa gələcəyimiz heç nə yoxdur. Çünki onlar istəyirlər ki, hər şey onların olsun, hətta bundan da artığını istəyirlər”.

скачать dle 12.1
Xəbər lenti