Azərbaycan Ordusunun daha bir əsgəri həlak olub

16-09-2023, 16:19
138
Azərbaycan Ordusunun daha bir əsgəri həlak olub

Yaxınları deyir ki, Rüfət Ağayev bir ay sonra hərbi xidməti bitirəcəkdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu Rüfət Xanəhməd oğlu Ağayev həlak olub. Müdafiə Nazirliyinin məlumatına görə, Rüfət Ağayev silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində açılan atəşdən vəfat edib.

Əslən İmişlidən olan hərbçi yaşadığı Binə qəsəbəsində torpağa tapşırılıb. Yaxınlarının dediyinə görə, hadisə sentyabrın 15-nə keçən gecə saat 4 radələrində baş verib.

Hərə bir söz deyir. Rüfət Kəlbəcərdə xidmət edirdi. Oktyabrda əsgərliyi başa çatacaqdı. Bizə çatan məlumata görə, gecə ermənilər hücum edib, səngərdə öldürüblər. Rəsmilər isə başqa söz deyir. Gecə saat 4-də silahla nə edirmişlər? Yəqin bu suala aydınlıq gətirən olacaq”, – mərhumun yaxını deyib.

скачать dle 12.1
Xəbər lenti