Sumqayıtda evə silahlı basqın olub, öldürülənlər var…

28-10-2023, 16:54
65
Sumqayıtda evə silahlı basqın olub, öldürülənlər var…
Oktyabrın 28-də səhər saat təqribən 6 radələrində Sumqayıt şəhərinin Corat bağları massivində fərdi evə silahlı hücum nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Bu barədə Sumqayıt şəhər Prokurorluğu məlumat yayıb:
“Hadisə zamanı 2 nəfərin – Susana Karakaş və Dağbəyi Fərəcovun öldürülməsi, habelə 4 nəfərin xəsarət alması müəyyən edilib. Hadisə zamanı Tərlan Fərəcova və Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb.”
Açıqlamaya görə, hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müsavat partiyasının üzvüdür

Dağbəyi Fərəcovun Azərbaycanda müxalifətdə olan Müsavat Partiyasının Sumqayıt Təşkilatının üzvü olduğu bildirilir.
Bu barədə Azadlıq Radiosuna partiyadan məlumat verilib.
Bildirilib ki, digər həlak olan Suzana Karakaş elə D. Fərəcovun qızıdır. Onun anasının və Türkiyə vətəndaşı olan həyat yoldaşı Serkan Karakaşın da yaralandığı vurğulanır. Digər iki yaralananının isə hadisə yerinə gələn qonşular olduğu bildirilir.
Partiyadan əlavə ediblər ki, hadisənin, hələlik, siyasi olduğunu düşünmürlər.скачать dle 12.1
Xəbər lenti