Qubad İbadoğlu: ‘Akif Çovdarovun, Eldar Həsənovun aqibətindən nəticə çıxarın…’

18-11-2023, 13:03
168
Qubad İbadoğlu: ‘Akif Çovdarovun, Eldar Həsənovun aqibətindən nəticə çıxarın…’
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, professor Qubad İbadoğlu ilə eyni cinayət işi üzrə təqsirləndirilən alim Fazil Qasımovun həbsdə saxlanma müddəti uzadılıb. İstintaq dövründə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb. Buna noyabrın 17-də Nərimanov rayon Məhkəməsində qərar verilib.
Müstəntiq məhkəmədə deyib ki, F.Qasımovun işi üzrə araşdırmalar hələ davam edir, bundan sonra da aparılası bir sıra istintaq hərəkətləri var. O vurğulayıb ki, istintaq gedən dövrdə F.Qasımovun həbsdə saxlanması məqsədəuyğundur. Bu üzdən prokuror həbs-qətimkan tədbirinin daha 3 ay uzadılmasına təqdimat verib.
Təqsirləndirilən alim və vəkili prokurorun təqdimatına etiraz ediblər. Onlar bildiriblər ki, həbsdə saxlanmadan da istintaq davam edə bilər.
Amma hakim Gültəkin Əsədova təqdimatı təmin edərək F.Qasımov haqqında həbs-qətimkan tədbirini gələn ilin fevralınadək uzadıb.
Q.İbadoğlu
Q.İbadoğlu
Bir gün öncə – noyabrın 16-da Nərimanov rayon Məhkəməsində Qubad İbadoğlu haqqında da eyni qərar verilib. Onun haqqında təqdimata hakim Hafiz Kamranov baxıb və həbs müddətini 3 ay artırıb.
Məhkəmədə çıxış edən Q.İbadoğlu 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Eldar Həsənovun, keçmiş MTN generalı Akif Çovdarovun aqibətini yada salıb: “Hətta hörümçək tor düzəldəndə belə, ora kimin düşəcəyini bilmir. Vaxt vardı, Eldar Həsənovun, Akif Çovdarovun, Hacı Məmmədovun sözünün qarşısında söz deyən yox idi. Amma görün ki, aqibətləri necə oldu! Nəticə çıxarın…”.
Təqsirləndirilən professor vurğulayıb ki, Amerika, Britaniya universitetlərində dərs deyərkən bu dövlətlərin vətəndaşı olmaq imkanı vardı, ancaq bunu istəməyib, Azərbaycan vətəndaşı olmağı üstün tutub: “Mən yaxşı vətəndaşam. Amerikada, İngiltərədə işləmişəm. Orada qalıb, o dövlətlərin vətəndaşı ola bilərdim. Amma mən öz ölkəmin vətəndaşı olmaq istəyirəm. Orada ikili vətəndaşlıqla da yaşaya bilərdim. Mən hesab edirəm ki, iki ölkənin vətəndaşı olmaqdansa, öz ölkənin yaxşı vətəndaşı olmalısan”.скачать dle 12.1
Xəbər lenti