“Rusiyadan gətirilən bəzi tomat pastalarında insan sağlamlığına zərərli maddələr var”

8-06-2016, 18:35
0
“Rusiyadan gətirilən bəzi tomat pastalarında insan sağlamlığına zərərli maddələr var”

“Rusiyadan Azərbaycana gətirilən bəzi tomat pastalarının tərkibində benzoy və sorbat turşuları var”.

Bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, AİB pərakəndə satış nöqtələrində istehlakçıların verildiyi məlumatlara əsasən araşdırmalar aparıb və həmin məhsulların tərkibində insan sağlamlığı üçün zərərli maddələr var: “Məhsulun tərkibinə həmçinin şəkli dəyişdirilmiş kartof nişastası və natrium benzoatın da əlavə olunduğu məlum olub. Bu kimyəvi maddələr yeməklərin hazırlanması zamanı isti temperaturun təsiri ilə kanserogen maddəyə çevrilir və nəticədə xərçəng kimi dəhşətli xəstəliyə yol aça bilir. İstehlakçıların böyük bir hissəsinin bu maddələr barədə məlumatsız olması və məhsul alarkən onun tərkibi barədə məlumata diqqətsiz yanaşması onların həyatı üçün ciddi təhlükəyə səbəb ola bilər”.

E.Hüseynov deyib ki, tomat pastalarının tərkibində benzoy, sorbat turşuları, nişasta və digər zərərli qatqılardan istifadə edilməsi onların pomidordan deyil, yarım fabrikatlardan və digər qatqılardan hazırlandığını göstərir: “Rusiyadan idxal olunan tomat pastalarında bir məqam da istehlakçının diqqətini cəlb etməlidir. Belə ki, yararlılıq müddəti 1 il göstərilən tomat pastasının tərkibində qeyd olunan zərərli əlavələr var, lakin yararlılıq müddəti 2 il olan tomat pastasının etiketində zərərli qatqıların adı qeyd olunmayıb”.

O vurğulayıb ki, AİB sözügedən tomat pastalarının laborator araşdırmasını aparacaq. 

скачать dle 12.1
Xəbər lenti