Zığ sakinlərinə şad xəbər: 23 illik su həsrəti sona çatır - FOTOLAR

7-10-2015, 00:42
0
Zığ sakinlərinə şad xəbər: 23 illik su həsrəti sona çatır - FOTOLAR
Zığ qəsəbəsinə içməli suyun şəkilişinə başlanılıb. 
Musavat.org xəbər verir ki, nəhayət, 23 ildən sonra Zığ qəsəbəsinin sakinləri içməli su görə biləcəklər. Çünki Zığ qəsəbəsində su problemi 23 ildir ki, davam edir. 
Bu məsələ ilə bağlı musavat.org-da dəfələrlə yazılar dərc edilib və sakinlərin su problemi gündəmə gətirilib. 
Nəhayət ki, müvafiq qurumlar sakinlərin harayına cavab verərək, problemin aradan qaldırılması üçün çalışırlar.
Artıq qəsəbədə su xəttinin çəkilişinə başlanılıb.
Qeyd edək ki, Zığ qəsəbəsi Azərbaycanın ən qədim kəndlərindən biridir. Paytaxt Bakıya ən yaxın kəndlərdən biri olan Zığda 23 ildir ki, su problemi sakinlərin öz hesabına həll olunurdu. 
Xatırladaq ki, sakinlər su çəkilişinin yarımçıq dayandırılmasına etiraz olaraq, avqustun 21-də aksiya da keçirmişdilər. 
 





скачать dle 12.1
Xəbər lenti