Zığ qəsəbəsinin üzərində "qara buludlar": Su həsrəti bitəcəkmi? - FOTOLAR

24-10-2015, 01:57
0
Zığ qəsəbəsinin üzərində "qara buludlar": Su həsrəti bitəcəkmi? - FOTOLAR
23 illik həsrətə soyun qoyulur. Qəsəbəyə su çəkilir. Söhbət Bakının Zığ qəsəbəsindən gedir.
Belə ki, uzun illərdir, içməli suya həsrət qalan qəsəbə sakinlərinin bu problemi öz həllini tapmaq üzrədir. Artıq qəsəbəyə "Azərsu” ASC tərəfindən su boruları çəkilir. 
Məlumat üçün qeyd edək ki, Zığ sakinləri bu günə kimi bir neçə dəfə etiraz aksiyası keçirmişdilər. 
 
Musavat.org saytı olaraq bu aksiyaları geniş işıqlandırmışdıq. Və məsələni daim gündəmdə saxlayırıq. 
Etiraz, şikayət və müraciətlərdən sonra aidiyyəti qurumlar camaatın səsini eşitdilər və illərdir ki, yaşanan problemi həll etmək üzrədirlər. Hazırda qəsəbədə qızğın iş gedir. Əməkdaşımız hadisə yerinə baş çəkərək, görülən işləri yaxından izləyib. 
Bu günə kimi qəsəbənin bir çox küçəsində xətlərin çəkilməsi tamamlanıb. Amma iş bununla bitmir. Bütün qəsəbəyə su xəttinin çəkilməsi bir az zaman alacaq. Bundan sonra isə qəsəbəyə içməli su veriləcək. 
Sakinlər illərdir ki, içməli suyu pulla alırlar. Məişətdə istifadə etmək üçün isə yeraltı qaynaqlardan çıxan “Ovdan” bulağından axan duzlu sudan istifadə edirlər. Bu, su yerin altından çıxır. Uzun illərdir, bəlkə də əsirlərdir ki, yeraltından çıxan bu su camaatın ehtiyaclarını ödəyir. 
Mənşəyi tam məlum olmayan bu su duzludur. Qəsəbədə bu sudan istifadə etmək üçün 2 mənbə var. Həmin mənbələrdən su motorlarından istifadə edərək, sakinlər plastik borularla evlərinə su çəkiblər. Amma ötən gün həmin yeraltı bulaqda yanğın baş verib.
Su xətləri plastik borularla çəkildiyi üçün alov qısa müddətdə bütün xətlərə keçib. Yanğının başvermə səbəbi isə bulaqdan su vurulması üçün qoşulan su motorlarına çəkilən elektrik xətlərində qısaqapanmanın yaranması olub. 
Hadisə yerinə FHN əməkdaşları gəlib. Yanğın qısa müddətdə söndürülüb. Lakin kəndin hələ ki yeganə su bənbəsi olan bulaqdan istifadə etmək mümkün deyil. Çünki su motorları sıradan çıxıb. Sakinlər onları təmir etmək üçün çalışırlar. 
Qəsəbə sakinləri sanki üzərlərində "qara bulud"un dolaşdığını deyirlər: "Bilmirik, nə məsələdir. Bir yandan 23 ildir ki, həsrətdə olduğumuz içməli su problemi həll edilir. Bir yandan da məişətdə istifadə etdiyimiz suyun mənbəyi yanır. Ümid edirik ki, su xətləri qısa zamanda bitəcək və bundan sonra evimizə içməli suyu maşınla almalı olmayacağıq". 
 











скачать dle 12.1
Xəbər lenti