Obama Rusiyanı işğalçı adlandırdı

29-09-2015, 00:58
0
Obama Rusiyanı işğalçı adlandırdı

ABŞ prezidenti Barak Obama sentyabrn 28-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında Suriya və Ukrayna münaqişəsindən danışıb.  Obama bildirib ki, ABŞ Suriya münaqişəsinin həllində istənilən ölkə ilə əməkdaşlığa hazırdır.

O xüsusilə Rusiya ilə İranın bu münaqişədə roluna toxunub, amma qeyd edib ki, Suriya müharibədən əvvəlki vəziyyətə, statusa qayıda bilməz:”Etiraf eləməliyik ki, bu qədər amansızlıq və qan tökülməsindən sonra müharibədən əvvəlki dövrə qayıtmaq olmaz”.

Obama Suriya prezidenti Bəşər Əsədi qəddar hökmdar adlandırıb və qeyd edib ki, İslam Dövləti ğqrupu ilə mübarizədə səylər Əsədin möhkəmlənməsinə səbəb olmamalıdır.

Obama həmçinin bildirib ki, dünya Rusiyanın Ukraynanın suverenliyi və bütövlüyünü pozmasına biganə qala, kənardan baxa bilməz. Krımın işğal edildiyini deyə Ağ Ev rəhbəri qeyd edib ki, Vaşinqton Rusiyanın təcrid vəziyyətdə qalmasını istəmir.

Obama qeyd edib ki, o Rusiyanın Ukrayna münaqişəsinin diplomatik yolla həllinə qarışmasını istəyir, hansı ki, bu Ukrayna xalqının öz gələcəyini özü həll eləməsinə imkan açır.

ABŞ prezidentinin fikrincə, bununla yanaşı Krımın işğalı Rusiya üçün nəticəsiz qalmamalıdır. Əks halda eyni hal digər ölkələrlə də baş verə bilər. Obama bildirib ki, Rusiya Ukraynanın suverenliyini və ərazi bütpvlüyünü pozduğu halda dünya birliyi kənar qalıb buna sakit yanaşa bilməz.

Obama demokratiyaların nüxtəlid olduğunu deyib: “Etiraf edirəm ki, demokratiyalar müxtəlif formalar ala bilir”.

Ağ Ev rəhbərinin sözlərinə görə, bəzi şeyləri, məsələn, insanlara inanmağı, məktəbi getməyi qadağan etmək olmaz, adi məsələlərə görə həbsə atmaq olmaz. “Dinc aksiyanı güc vasitəsilə yatıan hökumət gücünü deyil, zəifliyini və qorxusunu nümayiş etdirir. Öz xalqından qorxan ölkələr nəticədə dağılır”.

Obamanın sözlərinə görə, bəzi dövlət başçıları hakimiyyətdə əbədi qalmaq üçün konstitusiyanı dəyişirlər. Sentyabrın 28-də sessiya çərçivəsində ABŞ və Rusiya prezidentlərinin görüşü gözlənilir.

Görüşdə əsasən Suriyadakı vəziyyət və Ukrayna münaqişlərinin müzakirə olunacağı gözlənilir.

скачать dle 12.1
Xəbər lenti