Misirdə terror aktı: Qurbanlar arasında körpə uşaqlar da var

12-11-2015, 13:44
0
Misirdə terror aktı: Qurbanlar arasında körpə uşaqlar da var
Misirdə Sinay yarımadasının şimalında Əl-Əriş şəhərində hücum nəticəsində 9 nəfər həlak olub. Bu barədə əyalətin qubernatoru  Əbdül Fəttah  Harhur xəbər verib. Ölənlərin arasına 2 uşaq var. Onların cəmi 3 yaşları olub.
Daha bir yaralı isə xəstəxanaya çatdırılıb.
 
Polisin məlumatına görə, ölənlər bir ailənin üzvü olub. Onlar polis məntəqəsinin yaxınlığındakı evdə yaşayırdılar. Terrorçular  evin yaxınlığında partlayıcı qurğu quraşdırılmış  avtomobili partladıblar, sonra isə atışma başlayıb.
 
İstintaq hesab edir ki, hücum  iki yerli ailə arasında  düşmənçilik səbəbindən baş verə bilər. Terror aktı versiyası da istisna edilmir.
Ərazi polis tərəfindən mühasirəyə alınıb, hüquqmühafizəçilər  cinayətkarların izinə düşməyə çalışırlar.
 
Qeyd edək ki, təqribən bir həftə öncə Əl-Əriş şəhərində daha bir avtomobil polis məntəqəsininyaxınlığında partladılmışdı. İlkin məlumatlara görə, 6 nəfər həlak olmuş, 10 nəfər isə yaralanmışdı.
 
Misirdə artıq iki ilə yaxındır ki, Sinay yarımadasının  şimalında – terror təşkilatlarının yerləşdiyi ərazidə antiterror əməliyyatları davam edir. Demək olar ki, hər gün burada terror aktları həyata keçirilir. Ay ərzində  terrorçuların güllələrindən iki general da daxil olmaqla azı onlarla  polis və hərbçi həlak olub.
скачать dle 12.1
Xəbər lenti