Moskvada güclü yanğın: 20 ölü

27-08-2016, 15:33
0
Moskvada güclü yanğın: 20 ölü

Rusiyanın paytaxtı Moskva şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Altufyevsk şosesində anbar tipli tikilidə baş verən yanğında 16 nəfər həlak olub. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bununla yanaşı, yerli “Moskva” xəbər agentliyi dövlət qurumlarındakı mənbələrə istinadən ölənlərin sayının 20-ni aşdığını xəbər verib: “Binanın 4-cü mərtəbəsində, istehsalat hissəsində insanların yaşayışı üçün nəzərdə tutulmayan yerdə məskunlaşma aşkar olunub. Yanğının söndürülməsi zamanı 20-dən artıq cəsəd aşkarlanıb” – deyə mənbə bildirib.

Xilasedicilər binadan 12 nəfəri çıxara biliblər. Məlumata görə, yanğının baş verdiyi binada mətbəə fəaliyyət göstərirmiş.

скачать dle 12.1
Xəbər lenti