Tacir Şahmalıoğlunun anasını yaşadığı evdən zorla çıxarırlar — FOTO

30-08-2018, 16:54
87 001
Tacir Şahmalıoğlunun anasını yaşadığı evdən zorla çıxarırlar — FOTO

 

Tanınmış müğənni Tacir Şahmalıoğlunun anası Südabə Allahverdiyeva yaşadığı mənzildən çıxarılır.

 

 

Bu barədə Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. 

82 yaşlı S.Allahverdiyeva bildirib ki, 25 ildir məskunlaşdığı birotaqlı mənzildən zorla çıxarılır:

"Dadaş Bünyadzadə küçəsində birotaqlı mənzildə vəfat edən oğlum Mahirin həyat yoldaşı və övladlarıyla məskunlaşmışıq. Bizi burdan çıxartsalar da, heç olmasa məcburi köçkün qəsəbəsində məskunlaşdırsınlar. Axı iki yetim uşaqla, cavan gəlinlə mən hara gedim?"
Mövzunu diqqətdə saxlayacağıq.



 

 

скачать dle 12.1
Xəbər lenti