Azərbaycanda böyük tənəzzülün olduğu sektor

17-11-2016, 16:38
0
Azərbaycanda böyük tənəzzülün olduğu sektor

2016-cı ili yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 287,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,5% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikada 1 mln. 921,4 min ton sement (azalma 16,8%), 126,4 min ton tikinti gipsi (azalma 20,6%), 64 min 766,3 ton sement, süni daş və ya betondan tikinti blokları və kərpic (azalma 47,4%), 320,2 min ton asfalt (azalma 9,8%) istehsal olunub.

Bundan başqa, tikinti kərpicinin istehsalı 27,5% – 165,9 min kubmetr, hazır beton qarışığı istehsalı 55,4% – 366 min ton, işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 39% – 6 min 383,9 tonadək azalıb.

Yanvar-oktyabr aylarında 22,207 min ton tikinti əhəngi (artım 61,2%), 72,7 min kubmetr beton konstruksiya (artım 3,7 dəfə) istehsal edilib.

Xəbər verdiyimiz kimi, 2016-cı ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 49 milyard 223,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz azalması olmuşdur.

скачать dle 12.1
Xəbər lenti