ABŞ Rusiya bayrağı və himninin Olimpiadada iştirakını qadağan etməyə çağırıb

4-02-2023, 11:23
5 512
ABŞ Rusiya bayrağı və himninin Olimpiadada iştirakını qadağan etməyə çağırıb

ABŞ beynəlxalq idman yarışlarında Rusiya və Belarusun bayraqlarına, gerblərinə və himnlərinə qoyulan qadağa istəyir.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pye bildirib. Onun sözlərinə görə, idman təşkilatları və Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının iştirakına icazə versə də bunun qarşısı alınmalıdır.

"Rusiya və Belarusun rəsmi dövlət bayraqlarından, gerb və himnlərindən istifadə də qadağan edilməlidir", - deyə bildirilib.

Daha əvvəl məlumat verilmişdi ki, Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarının dövlət bayrağı və himni ilə yarışa buraxılması variantını nəzərdən keçirməyəcək.

скачать dle 12.1
Xəbər lenti