Sement istehsalı 17%-ə yaxın azalıb

24-10-2016, 13:16
0
Sement istehsalı 17%-ə yaxın azalıb

Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən cari ilin yanvar-sentyabr aylarında istehsal edilmiş məhsulun ümumi dəyəri 16,2 faiz azalaraq 251,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sementin istehsalı 16,8 faiz, beton qarışığının istehsalı 53,0 faiz, tikinti gipsinin istehsalı 27,1 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 51,0 faiz azalıb.

скачать dle 12.1
Xəbər lenti