Kişi və qadın düymələrinin yeri niyə fərqlidir?

1-10-2016, 06:08
0
Kişi və qadın düymələrinin yeri niyə fərqlidir?
Yəqin ki, hər birimiz qadın və kişi köynəklərində olan düymələrin yerlərinin fərqli tərəflərdə olduğuna diqqət yetirmişik. Bu fərqliliyin əsas səbəbi nədir?
 Köynəklərdə düymədən istifadə olunan tarixdən başlayaraq kişi və qadın köynəklərindəki düymələrin yeri fərqli olub.
 
Bu fərq XIII əsrdən, yəni düymələrin yaranma tarixindən mövcuddur.
 
O dövrdə yeni dəb hesab olunan düyməli köynəkləri yalnız varlı insanlar ala bilirdi. Varlı qadınların isə qulluqçuları var idi. Bu qadınlara köynəklərini qulluqçular geyindirirdi. Bu səbəbdən də qadın köynəklərində düymələr solda qoyulurdu və qulluqçulara düyməni bağlamaq rahat olurdu.
 
Kişilər isə köynəklərini özləri düymələdiyi üçün düymələr onlara daha rahat olan yerdə - sağda qoyulurdu. 
скачать dle 12.1
Xəbər lenti