Zamiq bunu ilk dəfə edəcək

17-09-2018, 17:13
20 660
Zamiq bunu ilk dəfə edəcək

Müğənni Zamiq Hüseynov konsert vermək qərarına gəlib. 

Sənətçi "Instagram"da izləyicilərinə sual ünvanlayaraq tezliklə konsert vermək istədiyini bildirib:

“Dostlar, deyirəm bəlkə, gözəl bir konsert edək? Nə deyirsiz, məni dəstəkləyirsiz? Sizin dəstəyiniz vacibdir”.

Məlumatı Zamiq Hüseynovun meneceri Şahin Qurbanov da təsdiqləyib. 

Müğənninin böyük bir konsertə imza atacağını bildirib. 

Xatırladaq ki, Zamiq sonuncu dəfə mayın 5-də Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında solo konsert vermişdi. O, ilk dəfə Bakıda solo konsert verəcək. 

скачать dle 12.1
Xəbər lenti