İcra başçısının müavini vəzifədən getdi -FOTO

29-09-2015, 19:40
0
İcra başçısının müavini vəzifədən getdi -FOTO
Sumqayıt şəhər İcra Hakimiyyəti Başçsının birinci müavini Rövşən Oqtay oğlu Sadıxov tutduğu vəzifə ilə vidalaşmalı olub.  
 
"xeberle.org"-a istinadən verdiyi məlumata görə, Sadıxov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.  R.Sadıxovun bundan sonra Səbail rayon İcra Hakimiyyətində çalışacağı deyilir.   
 
55 yaşlı R.Sadıxov 2002-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2005- 2006-cı illərdə İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə isə Gəncə şəhər icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyib. 2011-ci ildən isə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini olub.   Məlumat üçün bildirək ki, R.Sadıxov Səbail rayonunun İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Nizami rayonunda, Gəncə və Sumqayıt şəhərlərində icra hakimiyyəti başçısı vəzifəsində çalışdığı müddətdə onun komandasında fəaliyyət göstərib. 
скачать dle 12.1
Xəbər lenti