AKSİYA ZAMANI SAXLANILAN ADP-Çİ GƏNCLƏR CƏNGİYƏ APARILDI

13-01-2013, 10:59
0
AKSİYA ZAMANI SAXLANILAN ADP-Çİ GƏNCLƏR CƏNGİYƏ APARILDI

Yanvarın 12-də Bakının mərkəzində “Əsgər ölümünə SON” kampaniyasının təşkilatçıları olan fəalların etiraz aksiyasında bir qrup ADP-çi də fəal iştirak edib. Polis və mülki geyimli şəxslərin aksiyaya kobud müdaxiləsi zamanı ADP-çilər zorakılığa və fiziki təzyiqlərlə üzləşib. Aksiyada iştirak edən ADP-çi qadın Səadət Hüseynova polis zorakılığına məruz qalaraq xəsarət alıb. Aksiyada iştirak edən ADP-çilərdən Zaur Mehdiyev, Osman Əhmədov, Azər Sadıxov, Turan Əliyev və Səadət Hüseynova həbs olunub. Həbs olunan ADP-çilərdən Səadət Hüseynova azad edilsə də ADP-çi gənclər Zaur Mehdiyev, Osman Əhmədov, Azər Sadıxov və Turan Əliyev Səbail RPİ-yə aparılıb. Orada onlar axşam saatlarına kimi polis və MTN əməkdaşları tərəfindən sorğu-sual edilib, onların əsgəri xidmətdə olub-olmamaqları barədə ətraflı izahat alınıb. Zaur Mehdiyevi Səbail Polis İdarəsindən Səbail Rayon Məhkəməsinə aparılıblar məhkəmədə saxta və qondarma ittihamla 10  sutka azadlıqdan  məhrum ediblər. Həbsdə saxlanılan digər ADP-çi gənclər və başqaları axşam saatlarında avtobusla Bakı-Şamaxı yolunun 50-ci kilometrliyinə Cəngi adlanan əraziyə aparılıb. Polis əməkdaşları aksiyada saxlanılanları zorla gecə saatlarında soyuq hava şəraitində orada düşürmüş, əvvəlcədən alınmış mobil telefonları sökülmüş halda torbada yerə tullayaraq oradan uzaqlaşmışlar. ADP-çi gənclər Osman Əhmədov, Azər Sadıxov və Turan Əliyev gecə saatlarında çətinliklə də olsa şəhərə qayıda bilmişlər. 

скачать dle 12.1
Xəbər lenti