Müsavat fəalının atası oğlunun "yerini tapa bilmir"

14-12-2009, 09:26
0
Müsavat fəalının atası oğlunun "yerini tapa bilmir"

Rüfət Hüseynovun barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilsə də, harada saxlanıldığı hələ bilinmir

«Müsavatçı gəncin gizli saxlanması qanuna və insanlığa zidd olmaqla yanaşı, həm də Rüfətin həyatına böyük təhlükədir»

Dekabr ayının 13-də qeydiyatda olduğu evdə zorakılıqla saxlanılaraq naməlum istiqamətə aparılan müsavatçı fəal Rüfət Hüseynova  qarşı CM-nin 234.2-cü (saxlama və ya satma) maddəsilə ittiham irəli sürülüb.

Bu barədə Rüfət Hüseynovun atası Rəsul Hüseynov     məlumat verib. Onun sözlərinə görə, “Rüfətə satış məqsədi ilə narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Atası, Baş Prokurorluquna və Daxili Işlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Ordan bildirdilər ki, Rüfət Hüseynovun saxlanması haqqında heç bir məlumatları yoxdur. Daha sonra məlumat aldım ki, Rüfət, Daxili Işlər Nazirliyinin Yasamal Rayon Baş Polis İdarəsindəsaxlanılıb”.

Baş verənlərlə əlaqədar Müsavat Partiyası etiraz bəyanatı yayıb.

“Rüfət Hüseynov Müsavatçı Gənclər Təşkilatının üzvüdür. Onu qeydiyatda olduğu evdə mülki geyimli şəxslər tutub aparıb. Mülki geyimlilər Rüfət Hüseynovu  tutarkən heç bir sənəd göstərməyiblər, ona hüquq və vəzifələrini elan etməyiblər”, – deyə bəyanatda bildirilir.

Saxlanma şəraitini və ondan sonrakı hadisələri nəzərə alaraq, Müsavat Partiyası Rüfət Hüseynovu  faktiki olaraq oğurlandığını, iradəsi əleyhinə məcburən qeyri-müəyyən istiqamətə aparıldığını vurğulayır: “Rüfət Hüseynovun siyasi fəaliyyətinə görə siyasi sifarişlə həbs edildiyi şübhə doğurmur. Ancaq onun tutulduğu andan indiyə kimi gizlədilməsinin arxasında hansı məqsədlərin durduğunu aydınlaşdırmaq çətinlik törədir.

 

Müsavat Partiyası qanunsuz və əsassız olaraq həbs edilmiş Rüfət Hüseynovu  qeyd-şərtsiz dərhal azadlığa buraxılmasını tələb edir.

скачать dle 12.1
Xəbər lenti