Elmar Məmmədyarov NATO-nun ali orqanında çıxış edəcək

30-05-2016, 17:42
0
Elmar Məmmədyarov NATO-nun ali orqanında çıxış edəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə səfər edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Məmmədyarov mayın 31-də NATO-nun mənzil-qərargahında keçiriləcək Azərbaycan-NATO iclasında iştirak edəcək. Nazir NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Səfər çərçivəsində nazir Məmmədyarovun mayın 31-də Brüsseldə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.

Azərbaycan-NATO əməkdaşlığı 1992-ci ildən başlayıb. Azərbaycan 1992-ci ilin martında NATO-nun əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.

скачать dle 12.1
Xəbər lenti