Eldar Sabiroğlu: “İndi gördüm ki, məhkəmə sistemimiz hansı haldadır”

9-09-2016, 15:12
0
Eldar Sabiroğlu: “İndi gördüm ki, məhkəmə sistemimiz hansı haldadır”

Hakim Yeni Azərbaycan Partiyasının qurucularından olan sabiq deputat Eldar Sabiroğlunun “üsyankar müstəntiq” kimi tanınan oğlu Rüfət Səfərovun barəsində 9 il azadlıqdan məhrumetmə cəzası cəmiyyətdə birmənalı qarşılanmadı.
Xatırladaq ki, prokurorluq orqanlarından könüllü istefa verən gənc müstəntiq bu qərarını ölkədəki haqsızlığa görə verdiyini bəyan etmişdi. Bu bəyanatından bir neçə gün sonra həbs olunan Rüfət Səfərov barəsində sonradan qondarma ittihamlarla həbs-qətimkan tədbiri seçildi. Ancaq ölkə rəhbərliyinin gəstərişi ilə Rüfət Səfərov 3 gün sonra onun barəsində həbs qərarı alternatib tədbirlər əvəzləndi və o azadlığa çıxdı.
Sabiq müstəntiqə qarşı humanis addımdan sonra çoxları onun məhkəmədən şərti cəza ilə kifayyətlənəcəyini gözləyirdi. Ancaq Lənkəran Ağır Cinayətlər Məhkəməsi ona amansı bir hökm çıxardı.
Eldar Sabiroğlu oğlunun azadlıqdan məhrum ediləcəyini gözlədiyini deyib: “Hakimiyyət o qədər sadəlövh deyil ki, onu tənqid edən adamı elə-belə buraxsın. Mən bu hökmü gözləyirdim. Hətta həbsdən buraxılanda belə bu narahatlığım qalıb. Mən heç zaman məhkəmə proseslərində olmamışdım. Amma bu məhkəmədə şahidi oldum ki, Azərbaycanın məhkəmə sistemi hansı fəlakətli durumdadır. Hakim açıq qərəz nümayiş etdirirdi. Təsəvvür edin, nə Rüfətə son sözə, nə də vəkilə müdafiə çıxışına imkan vermədi. Açıq şəkildə qərəz və sifariş görünürdü. Mənim qisasımı oğlumdan aldılar. Hakim özünü çox tərbiyəsiz aparırdı. Təsəvvür edin, şahidlər gəlib prosesdə istintaqa ifadələrindən imtina etdilər və Rüfətin günahsız olduğunu dedilər. Sonra küçəyə çıxanda polis onları həbs etdi və geri qaytardı. Yenidən prosesə qatıldılar və bir saat əvvəlki ifadələrindən imtina etdilər. Bu, biabırçılıqdır, dəhşətdir”. 

скачать dle 12.1
Xəbər lenti