AXCP sədrinin müavini ölümlə hədələnir

28-10-2016, 16:13
0
AXCP sədrinin müavini ölümlə hədələnir

AXCP sədrinin müavini Gözəl Bayramlı ölümlə hədələnib. Bu barədə o özü “Azadlıq”a məlumat verib. G.Bayramlının sözlərinə görə, tanımadığı şəxs ona 050 393 34 68 nömrəsindən zəng edərək hədələyib: “Zəng edən şəxs kobud şəkildə məndən “nə yazırsan” deyə soruşdu. Ondan özünü təqdim etməyi soruşanda “gələndə biləcəksən, ünvanını de” cavabını verdi, sonra da tərbiyyəsizlik edib qışqırmağa başladı. Telefonu söndürdüm, yenə bir neçə dəfə zəng etdi. Soruşdum məni təhdid edirsən, dedi “bəli””.

G.Bayramlı bundan sonra zənglərə cavab vermədiyini və 102 xidmətinə zəng etdiyini bildirdi.

скачать dle 12.1
Xəbər lenti