“Azadlıq”ın redaktoru prokurorluqda dindirilib

21-02-2017, 20:39
0
“Azadlıq”ın redaktoru prokurorluqda dindirilib

Bu gün “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. R.Hacıbəyli bildirib ki, ona qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verilib.

Xatırladaq ki, fevralın 18-i və 20-də “Azadlıq” qəzetinin 6 əməkdaşı, İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Dindirilən əməkdaşlar bildiriblər ki, onlara qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verilib.
Qəzetin əməkdaşları bundan əvvəl də sözugedən cinayət işi ilə baglı dindiriliblər.

скачать dle 12.1
Xəbər lenti