Qanunsuz olaraq mühakimə olunan şəxslər hakimiyyətdən onlara bəraət verilməsini və təqsirkarların cəzalandırılmasını tələb edirlər

8-06-2022, 22:54
10 891
Qanunsuz olaraq mühakimə olunan şəxslər hakimiyyətdən onlara bəraət verilməsini və təqsirkarların cəzalandırılmasını tələb edirlər

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Azərbaycan hakimiyyəti tərəfindən icrası ilə bağlı öz fikrini Avropa Şurası Nazirlər Komitəsinə göndərib.

O, iyunun 8-də Strasburqda Avropa Məhkəməsinin qərarlarının icra edilməməsi ilə bağlı müzakirələrin başlaması ilə əlaqədar öz fikirni göndərib. Bu işlər arasında Azərbaycandan 8 şikayət də var.

“Demişəm ki, hökumət nəinki qərarların ümumi hissəsi üzrə heç bir addım atmır, üstəlik, vəziyyəti daha da pisləşdirib. Bizim şəxsi həyatımıza Pegasusla müdaxilə olunub, fiziki izləmə olub, evimə gəlib gedən adamlar bəzən DTX-ya çağırılıb, onlara çuğulluq təklif olunub, məndən sonra başqa adamları da video-şantaj ediblər, onların da işi üzrə araşdırma aparılmayıb, müxaliflərin telefonu dinlənilib və s.

Hökumət Nazirlər Komitəsinə müraciətində bildirib ki, media haqda qanun qəbul edib, həyatımızı yüngülləşdiriblər. Mən də izah eləmişəm ki, yox, ən mürtəce qanunlardan biridir bu, izahını da vermişəm”, deyə İsmayılova öz Facebook səhifəsində yazıb.

“Tələbim budur ki, mənə tam bəraət verilsin, cinayətlər araşdırılsın, günahkarlar da cəzasına çatsın. Halbuki Bakı şəhər Prokurorluğunda işimi aparan müstəntiq indi Baş Prokurorluqda istintaqa nəzarət idarəsində baş inspektor vəzifəsinə yüksəlib. Təsəvvür edirsiniz, haqqında istintaqı saxtalaşdırdığı barədə məhkəmə qərarı olan adam indi istintaqlara nəzarət edir”, deyə jurnalist yazıb və əlavə edib ki, işlərinə sonradan Avropa Məhkəməsi tərəfindən etiraz edilmiş digər müstəntiqlər də vəzifədə yüksəlib.

Hüquq müdafiəçisi Anar Məmmədli öz növbəsində qeyd edib ki, onun qrupundakı işlərin, demək olar ki, hamısı üzrə kompensasiyalar ödənilib. Hazırda söhbət qanunsuz olaraq mühakimə olunanlara bəraət verilməsindən gedir. “Bu qrupa daxil olan şəxslər arasında 2016-cı ildən bəri bəraət alanlar İlqar Məmmədov, Rəsul Cəfərov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşad Həsənovdur. Amma digər şəxslərə hələ bəraət verilməyib. Biz bəraət ətləb edirik”, deyə o, Turan agentliyinə bildirib. 

скачать dle 12.1
Xəbər lenti