'Son zəng'dir

14-06-2019, 23:46
16
'Son zəng'dir

Bu gün, iyunun 14-də Azərbaycanın orta ümumtəhsil məktəblərində «Son zəng»dir. Ölkənin ümumtəhsil məktəblərində XI sinif şagirdlərinin təhsillərini başa vurması münasibəti ilə «Son zəng» tədbiri təşkil olunub.

Bununla bağlı, artıq təhsil naziri əmr də imzalayıb.

Nazirin əmrində ölkənin ümumtəhsil məktəblərində təşkil olunan «Son zəng» tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə edilir.

«Son zəng»in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Son illər Azərbaycanda «Son zəng» mərasimləri, əsasən, qapalı şəraitdə keçirilir.

XI sinfi 80 min şagird bitirir

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 min 815, XI siniflərini 80 min 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək. Bu barədə Təhsil Nazirliyinin iyunun 10-da yaydığı məlumatda yazılırdı.

Son illər ölkədə orta ümumtəhsil məktəblərini bitirən şagirdlərin sayının azaldığı bildirilir. Məsələn, 2016-cı ildə XI sinifləri 88 min 591 şagirdin bitirdiyi açıqlanmışdı.

dle
Xəbər lenti