"Banditizim" adam oğurluğuna davam edir.

10-05-2016, 20:24
0
"Banditizim" adam oğurluğuna davam edir.

Jurnalist Aytən İmanova bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə günorta baş verib.

Aytən İmanova BMCMİ müstəntiqi Rəşad Ağayev tərəfindən dünən idarəyə dəvət olunmuşdu. Ona hansı səbəbdən dəvət edilməsi açıqlanmasada, O bunun nişanlısı ilə əlaqədar olacağı ehtimalı üzərində dururdu.

 

Jurnalist müstəntiqə onun hansı əsasla idarəyə dəvət edilməsi haqqında bildiriş verilmsini tələb edib. Bundan sonra Yasamal rayon pasport qeydiyyat şöbəsindən onu dəvət ediblər və bildirişin burda veriləcəyini deyiblər. Aytən İmanova pasport qeydiyyat şöbəsinə gedib və burada onu BMCMİ əməkdaşları həbs edərək naməlum istiqamətə aparıb.

 

Bu haqda jurnalistin yanında olan rəfiqəsi xəbər yayıb.

 

Jurnalistin saxlanması ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidməti ilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Orxan Mansurzadə jurnalistin saxlanması ilə bağlı olayı təkzib etməyib, lakin saxlanma səbəbini də açıqlamayıb. 

 

"Jurnalist Aytən İmanova BMCMi tərəfindən saxlanılıb və hazırda idarədə müstəntiqə ifadə verir. Hansı iş üzrə dindirilməsi hələlik bizə məlum deyil" deyə DİN mətbuat xidməti şöbə müdiri Orxan Mansurzadə bildirib.

qaynarxeber.org
informasiya Şöbəsi.

скачать dle 12.1
Xəbər lenti