Bakıda şimal küləyi, şimal rayonlarında dolu gözlənir

14-06-2019, 23:43
6 773
Bakıda şimal küləyi, şimal rayonlarında dolu gözlənir

İyunun 15-də Bakı və Abşeron yarımadasında yağmursuz hava, mülayim şimal küləyinin əsəcəyi, gündüz onun şimal-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti proqnozlaşdırılır.

İyunun 15-də Azərbaycanın əksər rayonlarında da havanın əsasən yağmursuz olacağı gözlənir. Lakin bəzi şimal və qərb rayonlarında yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təxmin edilir.

скачать dle 12.1
Xəbər lenti