ABŞ-da hakerlər 5 milyondan çox insanın barmaq izlərini oğurlayıb

25-09-2015, 17:20
0
ABŞ-da hakerlər 5 milyondan çox insanın barmaq izlərini oğurlayıb

ABŞ dövlət qurumlarının kompüter sisteminə haker hücumları nəticəsində təxminən 5,6 milyon nəfər amerikalının barmaq izləri haqqında məlumatlar oğurlanıb.

Hazırda başqalarının barmaq izləri ilə fırıldaqçılıq etmək imkanlarının kifayət qədər məhdud olması dəqiqləşdirilir. Ancaq yeni texnologiyaların inkişafı ilə vəziyyət dəyişə bilər.

Məlumatların sızmasından bütün zərərçəkmişlərə pulsuz olaraq fırıldaqçılıqdan müdafiə üzrə xidmətlərin göstərilməsi təklif olunacaq.

Daha əvvəl məlumat verilmişdi ki, Çin hakerləri ABŞ dövlət qurumlarının əməkdaşlarının oğurlanmış şəxsi məlumatları əsasında “Facebook”un oxşarını yaradıblar.

скачать dle 12.1
Xəbər lenti