WhatsApp-la bağlı şok xəbərdarlıq: ölə bilərsiniz
4-10-2015, 20:18
0
WhatsApp-la bağlı şok xəbərdarlıq: ölə bilərsiniz
Son araşdırmalar "ağıllı telefonlar"ın asılılıq yaratma potensialına sahib olduğunu göstərir. Bu isə sükan arxasında gerçək bir təhlükəyə çevrilir.
Məlumatına görə, Duisburg-Essen Universitetinin araşdırmaçısı Mixael Şreckenberq yol qəzalarında böyük artım ola biləcəyini bildirib.
Onun sözlərinə görə, bir ildə baş verən 2 milyon 400 min yol qəzasının 300 mininin internet əlaqəlidir. Mixael xüsusilə də sükan arxasında WhatsApp mesajları oxuyub yazmağın təhlükəli olduğunu diqqət çəkib.
ABŞ-da edilən araşdırmalar sükan arxasında telefonla danışmağın qəza təhlükəsini 6 qat, qısa mesaj oxuma və ya yazmağın isə 20 qatdan çox artırdığını ortaya çıxarıb. Mütəxəssislər, xüsusilə "ağıllı telefonlar"ını əllərindən salmayan gənc sürücülərin təhlükə altında olduğunu bildirir.
скачать dle 12.1