“Prinsiplərdən imtina həbsdən qat-qat qorxuludur”

30-05-2016, 18:58
0
“Prinsiplərdən imtina həbsdən qat-qat qorxuludur”

Xədicə İsmayıl həbsdən sonra ilk geniş müsahibəsini “Azadlıq”a verdi

Azadlıq” qəzeti “içəridə” birudum hava kimi idi”

“İlham Əliyev üçün necə dəhliz açırlarsa, mənim üçün də eləcə dəhliz açırdılar”

İl yarım həbsdə saxlanılan araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl iki gündür ki, azadlıqdadır. Amma bu iki gündə evi heç iki saat qonaq-qarasız olmayıb. Dəstə-dəstə adamlar, o cümlədən siyasi partiya fəalları, jurnalist həmkarları, gənclər və s. onu təbrikə gəlir. Belə bir gərgin vəziyyətdə Xədicə“Azadlıq” qəzetinə ayrıca bir xeyli vaxt ayırdı. Özəl münasibətini də belə izah etdi: “Azadlıq” qəzeti mənim üçün həbsxanada bir udum hava kimi idi…

Beləliklə, biz də Xədicə İsmayılla söhbətə onu azadlığa çıxması münasibətilə təbrik etməklə başladıq:

– Xədicə xanımhəmişə azadlıqda

– Çox sağ olun.

– Xədicə İsmayılı niyə tutmuşdularniyə buraxdılar?

– Ona görə tutmuşdular kihökumətin ünvanına tənqidlər azalsınOna görə buraxdılar kiməqsədlərinə nail ola bilmədilərHəm  məni həbsdə saxlamaq onlarabaha başa gəlirdi.

– Hansı mənada?

– Məni həbs eləyəndən sonra araşdırmalar nəinki azalmadıəksinədaha da artdı.Araşdırmaların aparılmasına yeni qüvvələr qoşuldubujurnalistlər arasında qlobalhərəkata çevrildiÇünki hansısa hökumət özü haqqında nəyisə gizlətməyə çalışırsa,jurnalistlər  həmin gizlinləri üzə çıxarmağı özlərinə borc bilirlərHökumət nəyisəgizlətmək üçün üstəlik kimisə həbs eləyirsəbu haldajurnalistlər dəqiq bilirlər ki,deməliorada gizli qalan “yağlı” məqamlar varJurnalistin  işi həmin məqamları üzəçıxarmaqdırOnları üzə çıxartdılarçoxlu araşdırmalar olduMən həbs olunandahəmkarlarımdan gözləntim var idiamma nəticə gözləntimdən qatqat yuxarı oldu.

Həbsdə olan bir adam üçün bundan yaxşı xəbər ola bilməzdi kioxuyasangörəsən,həmkarların sənin apardığın mövzuda  ya ona bənzər mövzuda araşdırma eləyirdayanmırdavam edirBuçox gözəl hiss idiHəmkarlarıma böyük bir “çox sağ oldüşür.

Azadlıq” qəzetinə  xüsusi “çox sağ ol” düşürMən dünya mediasında dərc olunanmateriallar da daxil olmaqlabütün bu araşdırmalardan yalnız “Azadlıq” qəzetivasitəsilə xəbər tuta bilirdim. “Azadlıq” qəzeti bir udum hava kimi idi.

– Həbsdən sonra ilk müsahibənizdə bildirmisiz kijurnalist fəaliyyətinəqayıdırsızaraşdırmalar davam edəcəkMəlum olduğu kimisizə şərti cəzaverilibyənihəbsxanaya geri qaytarılmaq təhlükəsi qalırAraşdırmalar davamedəcəyi təqdirdə geri qaytarılmaq təhlükəsi sizi çəkindirmir?

– Mən heç həbsxanadan çıxmamaqdan da qorxmurdumHəbsxananı çox qorxulugöstərirləramma qorxulu deyilPrinsiplərdən imtina edib yaşamaq həbsdən qatqatqorxuludurMənim üçün o seçim əvvəlcədən var idi  mən öz seçimimi eləmişdim.Bu seçim  işimin xeyrinə idiHəm  mən heç kimə vəd verməmişəm kijurnalistikafəaliyyətilə məşğul olmayacam  ya araşdırma aparmayacamHeç kim  bunlarımənə qadağan eləyə bilməz.

– Həbsdə olduğunuz müddətdə sizinlə danışıqlara cəhdlər oldumu?

– Mən bilmirəm bunu cəhd adlandırmaq olaryoxsa yoxAmma həm Kürdəxanıdaistintaq təcridxanasında olduğum müddətdəhəm  cəzaçəkmə müəssisəsindəmüəyyən kontaktlara cəhdlər olurduSöhbətin əvvəlində deyirdim kimənimlə bubarədə danışmayınəgər danışsanızictimailəşdirəcəmaçıqlayacamOna görə söhbət o məqama gəlib çıxmırdıAmma ətrafında söhbət olurduMəsələni eləqoyursan kisəninlə bu barədə danışmasınlar.

– Həbsxanadan necə görünürdü Azərbaycan cəmiyyətiBu il yarımda nələrdəyişdi?

– Mənim ən çox qorxduğum o idi kidostlarımhəmkarlarım depressiyaya düşərlər.Çünki özüm o təhlükəli məqamları hər dəfə dostlarım həbsə düşəndə yaşamışam.Bəzən adam özünü gücsüz hiss eləyir  sÇalışırdım kiməndən nigaran qalmasınlar.Fikirləri daha effektiv işə cəmlənsinMəncəbuna nail olmaq mümkün olduMənimazadlığım üçün aparılan kampaniya çox effektiv idihərə bacardığı qədər işləyirdi.Mən çox şad idim kibaş verəcəyindən narahat olduğum depressiyanı görmədim.

O ki qaldı ölkədə baş verənlərəhəbsxanadan bu daha yaxşı görünürHəbsxanadivarlarından kənarda  baş verirsəiçəridə  ohiss olunurBirinci devalvasiyadansonra onun nəticələri elə məhkumlara gətirilən sovqatlarda hiss olunduMəhkumlarındaha qənaətcil olmağa çalışmalarından da görünürdüMəndən soruşurlar kihəbsdənsonra hökumət haqqında fikirləriniz dəyişdimiQadınlar təbiət etibarilə cinayətəmeylli deyillərOnları cinayətə sövq edən işsizlikimkansızlıqdıMən çoxlu saydaqadın gördüm kionlar həyatlarında istədikləri imkanlardan məhrum olublarOna görəməhrum olublar kikimlərsə onların özlərininövladlarının payına düşən şanshissəciklərini öz balalarına yedirdibBunu eləyən məmurlar olubÖz övladınınnarkoman olmasını istəməyən qadın narkotik satışı ilə məşğul olursa… Soruşanda ki,niyə bunu edirdindeyirbəs  edəydim?

Bəlkə  biz gündəlik həyatımızda pisliklərdən daha çox təcrid olunuruqiqtisadiproblemlərin birbaşa nəticələrini o qədər  görmürükAmma həbsxanada insanlarınimkanlardanşansdan məhrum edilməsinin nəticələrini öz gözünlə görürsən.

– Demisiz kihəbsxana həm müsbəthəm  mənfi mənada bir təcrübədir. Nəyinəzərdə tutursuz?

– Mən həbsxanaya düşənə qədər avtobusda əlləri şişmişgöyərmiş qadınlar görəndəürəyim ağrıyırdıfikirləşirdim kiyəqinçox işləməkdən bu qadının əlləri beləkobudlaşıbTəəssüf kidaha heç  əvvəlki kimi olmayacaqMən bundan sonra əllərişişmişgöyərmiş qadın görəndə birinci onu fikirləşəcəm kigörəsənbunarkotikistifadəsinin nəticəsi deyil ki?! Çünki fəsadlardan biri  əllərin şişib göyərməsidir.Mən həyatımda narkotikdən istifadə eləyən qadın görməmişdimorada gördüm.İstəyərdim kibu mənadaəvvəlki sadəlövhlüyümü qoruyub saxlayımMənfitəcrübələrdən biri budur.

Həbsxanada çoxlu sayda adamlar var kiçörəklərini yalanla çıxarıblarYalandanışmaqlakiməsə kəf gəlməklədələduzluq eləməklə cinayət törədiblərMənhəyatımda o qədər yalan danışan adamla belə uzun müddətdə intensiv ünsiyyətdəolmamışdımBu da öz təsirini göstəriradam daha şübhəcil olurİstərdim kibu da başverməsinO təcrübəni toplamamağa şad olardım.

Amma o da təcrübədir kikonfliktlərə meylli adamlarla dar bir məkanda birgəkonfliktsiz yaşamağı öyrənirsənHəyat üçün lazımlı təcrübədirPsixoloq kimi hansısaqabiliyyətlər qazanırsan.

– Şəxsi münasibətlər baxımından xəyal qırıqlığı olmadı?

– Mən ümumiyyətləkiməsə xoş münasibət göstərəndə onun qarşılığını uman adamdeyiləmKimdənsə nəyisə umurdumamma almadım – belə bir şey qalmayıb mənimyaddaşımdaO barədə heç düşünmək imkanım da olmayıbYa ona görə kiumabiləcəyim hər kəsdən daha artıq dəstək görmüşəmya da ona görə kiummamışamheç gözləməmişəmAmma dəstək o qədər böyük idi kikimdənsə hansısa münasibətigörməməyim barədə heç fikirləşmirdim.

Digər siyasi məhbuslar  ya fəallarla bağlı problemlərə bənzər problemlər bizdə olub – qohumların imtinasıtənqidlərin yazılması  sBizim ancaq Azərbaycantelekanallarına baxmaq imkanımız var idiOrada deyilənləri eşidəndəcəzaçəkməmüəssisəsinə gələn qəzetləri oxuyanda o portretlərdə özünü tanıya bilmirsənYaxud oxəbərlərdə reallığı görə bilmirsənAnlayırsan kinəyi  üçünhansı məqsədlə əyirlər.Amma bu da gözləmədiyim bir şey deyildibuna hazır idimOnlardan zatən umacağımyox idi.

– Belə başa düşdük kisizi məyus eləyən heç  olmadı

– Artıq heç kim Azərbaycan telekanallarından dürüstlük gözləmirOna görə  onlaranormal yanaşırlarAmma məsələn, “dürüstəm” iddiası ilə çıxan “Yeni Müsavat” qəzetivar idiməndən daha çox ailə üzvlərimi məyus eləmişdiHətta kamerada oxuyanlar dabaxırdılar kibu nədi yazıblarHərdən belə şeylər olurduAmma mən hələ heç həbsədüşməmişdim onlardan ummamağa başlayanda.

– Həbsdə tərcümə elədiyiniz “Cakaranda ağacının uşaqları” əsərində Azər yoldaşlarının həbsxana həyatından bəhs olunurO kitabdakı ilə bizim ölkədəqadınların həbs həyatı arasında hansı bənzərliklər  fərqlər var?

– Şübhəsiz ki, 80-ci illərin İran həbsxanası daha dəhşətli yerdirFərqlilik daha çoxdur,həm  müqayisə olunmayacaq dərəcədəHətta mənim təsəvvürümdəki həbsxanadanda daha yaxşıdırMəncə, “Cakaranda ağacının uşaqlarındakı həbsxana bir azqorxuluduamma bizim həbsxana qorxulu deyil.

– Yeri gəlmişkənməhz o əsəri tərcümə eləmək ideyası necə yarandı?

– Qonşu kamerada uşaq gözləyən qadın var idihamı narahat idi kigörəsənnecəolacaq onun vəziyyətiBəlkə  üstüstə düşdüo hadisə həmin anda mənimemosional durumuma təsir elədiOxudumtəsirləndimGizlətmirəmo kitabınkommersiya uğurunu da fikirləşdimDüzdürhələ kibilmirəmkommersiyabaxımından  dərəcədə uğurlu olubamma oxunan kitablar siyahısındadır.

– Qonşu kameradakı qadının uşağı da əsərdəki Nida kimi məhbus qadınlararasında əldənələ gəzirdi?

– O uşaq həbsxanada dünyaya gəlmədiQadını buraxdılar  uşağı öz evlərindədünyaya gətirdi. Anaları həbsxanada olarkən doğulan uşaqlar var  onlar da əldənələgəzirKim harada görürsəo uşağı alırYəni o uşaqlar bütün həbsxananın uşağınaçevrilirlərAmma o uşaqları anaları ilə birlikdə ayrı saxlayırlarona görə hər zamangörə bilmirdik.

Həbsxanada olan qadınların uşaq əzizləməyə ehtiyacı varBu ehtiyac da onlarıhəbsxanadakı uşaqlara qarşı xüsusilə qayğıkeş edir.

– Məlumdur kihəbsdəki siyasi məhbuslar sərt nəzarətdə saxlanılırBelə birnəzarət altında Xədicə İsmayılın скачать dle 12.1

Xəbər lenti