Prostat vəzinin və cinsi zəifliyin ən yaxşı müalicəsi (videolarla)
Bu gün prostat vəzi xəstəlikləri və kişilərin cinsi zəflik problemləri – haqqında ən çox danışilan tibbi problemlərdəndir. Belə ki, son illərdə həm prostat vəzi xəstəlikləri, həm də cinsi zəiflik problemləri ilə həkimə müraciətlərin sayı əvvəlki dövrlərlə müqayisədə xeyli artmışdır. Həm də bu sahədə tibb elminin əldə etdiyi uğurlar, Ultrasəs Müayinə (USM – УЗИ) aparatlarının hamı üçün əlçatan olması, dərmanlarla müalicə imkanlarının artması buna rəvac vermişdir. Digər tərəfdən, bu gün prostat vəzi xəstəliklərindən danışmaq bir də ona görə vacibdir ki, nəinki bütün MDB ölkələrində və bizim ölkədə, eləcə də tibbin ən yüksək inkişaf etdiyi ölkələrdə də, cərrahi urologiyada əsaslandırılmamış cərrahi əməliyyatlar (yəni ziyanı faydasından çox olan əməliyyatlar) baş alıb gedir və xəstələr vaxtindan əvvəl bir çox həyat keyfiyyətinini itirir.
60 yaşını tamam etmiş bir kişi üçün “prostat vəzi” yeni bir söz deyil və əksəriyyəti artıq bir neçə dəfə həkimə baş vurmuş olduğundan həkimə çox suallar verməyə ehtiyacları da olmur. 50 yaşını tamam etmiş kişiyə isə bu əlamətdar ad gününün (yubiley yaşının) sabahı uroloqa baş çəkməyi məsləhət görərdik (!)
Bununla belə, illər ötdükcə əhali arasınada prostat vəzi ilə bağlı sualların məzmunu da dəyişir. Amma prostatla bağlı ən çox verilən bir çox suallar öz aktuallığını itirmir. Bunlar təxminən bu məzmunda olurlar:
Bu kimi bir çox suallara bu VİDEO-da cavablar verilmişdir.
https://www.youtube.org/watch?v=mJrozM3FWcg
Kişilərdə cinsi zəiflik haqqında isə söhbət bir qədər başqadır. Cinsi zəiflik problemindən danışanda konkret bir yaş söyləmək mümkün deyil. Üstəlik, cinsi zəifliklə bağlı problemi olanların heç də hamısı həkimə baş vurmaq istəmir – inamsızlıq, utanc hissi, tibbi savadın olmaması buna mane olur. Məsələnin ən mürəkkəb cəhəti isə bu deyil. Prostat vəzi xəstəliklərinin müalicəsindən fərqli olaraq, cinsi zəifliyin müalicəsində bir çox hallarda həkimdən və onun məharətindən az şey asılı olur (cinsi zəifliklə bağlı pasientin şəxsi problemləri və psixiloji durumu müalicənin nəticəsinə daha çox təsir edir).
Kişilərdə cinsi zəiflikə bağlı ən çox verilən suallar bunlardır;
Xəstəliklərlə bağlı problemlərdən ən çox rast gələnlər:
– Sidik-cinsiyyət sisteminin xəstəlikləri: prostatitlər, prostat vəzinin xoş və bədxassəli böyüməsi (şişləri), xarici cinsiyyət üzvünün – penisin qüsurları.
– Hormonal pozuntular (testesteronun səviyyəsinin aşağı olması)
– Şəkərli diabet xəstəliyi
– Ürək-damar xəstəlikləri: hipertoniya xəstəliyi, insult, infarkt və b.k
– Nevroloji xəstəliklər.
– Ruhi xəstəliklər
– Yaşlanma (qocalma) ilə bağlı problemlər: 60 yaşlı kişilərdə cinsi zəiflik halları 40 yaşa nisbətən 4 dəfə artıq olur.
– Prostat vəzinin tam xaric edilmə və ya şüalanma yolu ilə müalicəsi
– Cinsiyyət üzvünün zədələnmələri
– Böyrəklərin ağır çatışmazlığı.
– Bəzi dərman preparatlarının qəbulu. Müəyyən qrup dərmanlar da cinsi zəiflik əmələ gətirə bilər!
Cinsi zəifliklə bağlı daha ətraflı məlumat bu videoda:
https://www.youtube.org/watch?v=iUQ4NccgRsc
Kişilərdə prostat xəstəlikləri və cinsi zəiflik haqqında geniş məlumatlar almaq üçün Realtibb.org saytından yaxud “google” axtarış sitemidən istifadə etməklə aşağıdakı məqalələri oxuya bilərsiniz:
Prostat vəzi xəstəlikləri: Adenoma
Kişilərin cinsi zəiflik problemi – Çıxış yolu
Kişilərin prostat vəzi problemi – Çıxış yolu
Prostat vəzi xəstəlikləri: miflər, həqiqətlər
Cinsi zəiflik və onun müalicəsi haqda bütün həqiqətlər. 1-ci məqalə
Cinsi zəiflik və onun müalicəsi haqda bütün həqiqətlər. 2-ci məqalə
Cinsi zəiflik və onun müalicəsi haqda bütün həqiqətlər. 3-cü məqalə
Cinsi zəiflik və onun müalicəsi haqda bütün həqiqətlər. 4cüi məqalə
Cinsi zəiflik və onun müalicəsi haqda bütün həqiqətlər. 5-ci məqalə
Qadınlarda və ya uşaqlarda sidik sisteminin problemlərinin (sistit, gecə enurezi) müalicəsi haqda məlumatlar almaq üçün isə Realtibb.org saytından, yaxud “google” axtarış sitemidən istifadə etməklə aşağıdakı məqalələri oxuya bilərsiniz və ya bu videolara baxa bilərsiniz
Gecələr sidiyi saxlaya bilməmək –Gecə enurezi
ENUREZ – yuxuda sidikqaçırma
Qadinlarda sidik qaçirma problemi. Sistit
Daha ətraflı bu videolarda
http://www.youtube.org/watch?v=RC8kOYx4P3w
http://www.youtube.org/watch?v=Z2jtu-__Fp0
Müəllifin digər məqalələrini internetdə axtarışla (google və digər) vəyaRealtibb.org ünvanından oxuya bilərsiniz.
Real Tibb Mərkəzi
Bakı, 8 km, B.Nuriyev, 55 (“Laçın“ Universamı və Siyaqut” şadlıq evinə yaxın)
(050) 501 60 70
(077) 601 60 70
(055) 519 91 84
(050) 519 91 84