Rayonda ağ ölümün səviyyəsi get-gedə artır.
Rayon polis idarəsi narkotik alverinə qarşı mübarizə aparmaqdansa , narkotik alverini himayə edir.
Salyan polis idarəsinin vicdanlı polis işçiləri narkotik alverçilərinin küçələrdə istədikləri növ uyuşdurcu maddələrin açıq satışından hiddətə qəliblər. Adlarını çəkilməsini isləməyən vicdanlı polis işçiləri işlərini itirəcəklərindən və ailələrinin pis vəziyyətə düşəcəyindən ehtiyat edirlər. Polis işçiləri ilə birlikdə rayon ictimayətinin nümayəndələridə mövcüd vəziyyətdən narahatdır. Rayonun ictimayət nümayəndələri bildirillər ki: “ narkotikin açıq satışı nəticəsində artıq orta məktəb uşaqları, hətta qızlar belə narkotik istifadəçisinə çevrilmişdir. Artıq genafonumuz sual altındadır. Sabah bu qızların elə həmin narkotikin satışına şərait yaradan adamın evində gəlin olacağına və xəstə uşaqlar dünyaya gətirməyəcəyinə zəmanət verən yoxudur. Amma rayonun baş narkoloqu, icra və səhiyyə sistemi heç bir tədbir görmək istəmir. Narkotiq alverinə bir başa rəhbərliyi polis idarəsinin rəis müvini Azər Tağıyev edir.”
İdarədə işləyən vicdanlı polislər bildirillər ki: “ həbs olunan narkotik alverçiləri elə həmin günü növbə dəyişən kimi azad edilir. Adınıda qoyullar ki, saxlanilan şəxs əyaqyoluna gedib və nəzarətiz olduğu halda qaçıb. Yada məhkəmə binasından nəzarət olunmayan yerdən qaçıb. Üstündən bir neçə gün sonra həmin adam yenə küçədə aşıq narkotik alverində , yenə iş başında olub onları həbs edən polislərı ələ salırlar. Vicdanlı polis işçiləri bilmillər ki, rəhbərliyin qanunsuz əməlləri ilə yada narko-aboronlarla mübarizə aparsınlar. Narko-aboronlara rayon polis idarəsnin rəhbərliyi tərəfindən havadarlıq olunandan sonra bu alvere qarşı çıxış edəb vicdanlı insanların özlərinin və ailə üzvülərinin həyatlar təhlükı altındadır.
Məsələ ilə bağlı respublikada dövlət qurumlarında şəffaf idrəçilik və demokratiq prinsiplərə riayət olunmaqla aşağıların rəhbərlik tərəfindən sıxışdırlma hallarını, əhalinin şikayətinin düzgün araşdırılmasının monitoringini aparan “Şəffaf İdarəçiliyə Dəstək” İçtimayi Birliyi ilə ələqə saxladıq. İçtimayi birlikdən bizə məlumat verdilər ki, Salyan rayonunda neğativ hallar barədə məlumatlıdırlar və bu barədə lazımı orqanlara müraciət ediblər amma onların müraciətlrinə hələ dövlət qurumlarından cavab gəlməyib. Ümümilikdə Respublika üzrə dövlət qurumlarında şəffaf idarəçilik və ictimayətə açıq olma fakları çox aşağı səviyyədədir. Buna görədə ayrı ayrı məmurlar vəzifə salahiyyətlərini aşır.Tabeliyində olan insanları müxtəlif yollarla hədələyərək onları rəhbərliyin tapşırığına sözsüz əməl etməyə məcbur edirlər. Bu hallar polis işçilərinin rəhbərliyin qanunsuz əmələrinə göz yummağa, səhiyyə sahəsində ruşvətə , korrupsiyaya,təhsil işçilərinin şağirdlərdən əsasız pul yığmalarına və seçki saxtakarlığının təşkilinə şərait yardır. Didər büdcədən maliyyələşən təşkilatların işçiləridə sözsüz icra hakimiyyətindən gələn əmirlərə tabe olur ki, buda demokratiya insan hüquq və azdlıqlarına tam ziddir. Biz “Şəffaf İdarəçiliyə Dəstək” İçtimayi Birliyi olaraq Salyan içtimayətinin haqlı tələbini müdafiə edirik və dövlət qurumlarını öz işlərində cinayət etməməyib, vəzifə səlahiyyətlərindən sui istifadə edib, varlanmaq məqsədi güdməməyə, vətəndaşlar qarşısında məsuliyyətli olmağa çağırırıq.
Cəmil.