Xəbər verdiyimiz kimi, Sumqayıtın icra başçısı vəzifəsindən təyin olunan Zakir Fərəcov artıq vəzifə başındadır.
Strateq.az xəbər verir ki, Orctv.az-ın əməkdaşı bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında maraqlı görüntünün şahidi olub. Belə ki, dünəndən Sumqayıta icra başçısı təyin olunan Zakir Fərəcov Abşeron rayonunun icra hakimiyyəti postunu İradə Akif qızı Gülməmmədovaya təslim etsə də, xidməti avtomobili olan "Leksus" markalı 01-AA-001 qeydiyyat nişanlı avtomobilini hələ də təhvil verməyib. Zakir Fərəcov Sumqayıta icra başçısı postuna təyinatının elə ilk iş günündə bu avtomobillə işə gəlib.
