Ermənistanın müdafiə naziri Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
20-12-2015, 21:22
0
Ermənistanın müdafiə naziri Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
Ermənistanın müdafiə naziri Seyran Ohanyan dekabrın 19-da Azərbaycanın işğal altında olan torpaqlarına gəlib.Saytlarına istinadən verdiyi məlumata görə, bu barədə nazirin mətbuat xidmətinin rəhbəri Arsrun Ovannisyan özünün Facebook səhifəsində bildirib.
Məlumatda bildirilir ki, Seyran Ohanyan separatçı Qarabağ rəhbərliyi və ordunun komanda tərkibi ilə görüşəcək.
"Gündəlikdə duran məsələ təmas xəttindəki vəziyyətlə əlaqədərdir", deyə Ovannisyan bildirib.
Xatırladaq ki, artıq bir müddətdir ki, cəbhədə vəziyyət xeyli gərginləşib. Hər iki tərəfdə itkilər olub. Dünən gecə qoşunların təmas xəttində daha bir erməni əsgəri - 19 yaşlı Fidor Aloyn öldürülüb.
скачать dle 12.1