“Başımı qatıblar, ailəm acından ölür”

23-04-2016, 12:33
0
“Başımı qatıblar, ailəm acından ölür”

Yerli vergi orqanından, DSMF-dən giley-güzar edən kim, bələdiyyədən, icra hakimiyyətindən yazan kim…

Zərdabın Gödəkqobu kəndinin sakinləri “Azadlıq”radiosuna məktub yollayıblar. Daha dürüstü, sakinlər ölkə başçısına yolladıqları məktubun bir nüsxəsini radioya ismarıclayıblar. Yerli vergi orqanından, Dövlət Sosial Müdafiə Fondundan (DSMF) giley-güzar edən kim, bələdiyyədən, icra hakimiyyətindən yazan kim…

“Ailəm acından ölür”

Sima Seyidovanın ÿşikayəti 9 saylı ərazi vergilər idarəsinin və Dövlət Sosial Müdafiə Fondunun işçilərindəndir. Deyir, ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan vermirlər:

“Kiçik bir dükanım var. Hər ay vaxtlı-vaxtında vergimi, sosial sığortamı ödəyib o kiçik, gəliri xərcindən az olan dükanla birtəhər ailəmi saxlamağa çalışıram. Ancaq hər iki qurumun yerli şöbəsi məni cərimələyib. Vergini, sosial sığortanı vaxtında ödədiyim barədə qəbzlərim də var. Ancaq qulaq asan kimdir? Başım qarışıb vergi işçiləriylə ”savaşa”, dükan da yaddan çıxıb, ailəm acından ölür. Bizim başımızı belə qatırlar”.

Kəndin başqa sakiniÿ Ramil Zeynalovÿ yerli bələdiyyədən narazıdır. Deyir, bələdiyyə üzvləri kənd təsərrüfatının inkişafına əngəllər yaradırlar:

“Kəndliyə hesabat verən yoxdur”

“Işsiz adamam. Hökumət iş vermir. Mən də ailəmi saxlamaqdan ötrü çox götür-qoy edib ”Aqrolizinq”dən bir traktor aldım. Sonra da kənd ərazisində bələdiyyənin mülkiyyətində olan 9 hektar torpaq sahəsinin mənə icarəyə verilməsinə görə bələdiyyəyə dəfələrlə müraciət etdim. Aylarla müraciətimə cavab ala bilmədim, indi də eşidirəm ki, həmin torpağı başqasına verib. Belə çıxır ki, traktoru həyətdə istifadəsiz saxlamağa almışam”.

Ramil Zeynalovun sözlərinə görə, yerli bələdiyyə, hələ bircə dəfə də olsun, kənd sakinlərini yığıb gördüyü işlərin hesabatını verməyib:

“Bələdiyyənin 1000 hektardan çox torpaq sahəsi kəndin sakini olmayan, kənar şəxslərə icarəyə verilir. Kəndliyə çatandasa deyirlər, ”boş sahə qalmayıb”. Icarəyə verdikləri torpaqların vergiləri necə ödənilir? Kəndliyə hesabat verən yoxdur. Bələdiyyə sədrinin əmisi kəndin icra nümayəndəsidir. Beləcə, qohum-əqraba kənddə bir-birlərinə arxalanıb kəndlilərin başına oyun açırlar”.

Aylarla, illərlə süründürürlər

Kənd sakiniÿ Abdul həmid Əhədovunÿ dərdi göl dərdidir. Yazır ki, kənddə 17 hektar sahəsi və bolluca balığı olan göl var. Bələdiyyə sədri həmin gölü öz qohumuna icarəyə verib:

“Əslində, sənəd üzərində gölün 8 hektarı həmin şəxsə verilsə də, faktiki, 17 hektarın hamısı onun istifadəsindədir”.

Kənd sakiniÿAyaz Rüstəmovÿisə rayonun Əhalinin Sosial Müdafiəsi Mərkəzindən şikayətçidir. Deyir, Mərkəz ünvanlı sosial yardım almaq istəyənləri aylarla, hətta illərlə süründürür:

“Himayəmdə 3 azyaşlı uşağım var. Yoxsulluq içində yaşayıram. Gündəlik qazancım 5 manatdır. Bu qazancla 3 uşağı necə saxlayım, bilmirəm. Aylardır ki, Mərkəzə sənəd verirdim, hər dəfə bir bəhanə ilə özümə qaytarırdı. Indi də deyirlər, ”get, onlayn müraciət elə”. Bir yoxlama göndərsinlər, aparım ünvanlarını göstərim, qoy görsünlər, rayonda ünvanlı sosial yardımı kimlər alır”.

“Dərd bir deyil, iki deyil”

Kəndlilər kəndiçi yollarından da yazırlar. Bildirirlər ki, torpaq sahələri düzgün ölçülmədən satılıb, evlər tikilib, həyətlər hasara alınıb və küçələrin enindən azı 4 metr kəsilib:

“Hətta əkin sulamaq üçün su kanalının bir neçə hissəsi də satılıb. Suvarma kanalını lildən təmizləmirlər deyə, hövzəsi daralıb. Bu yay əkin sahələrini necə suvaracağımızı bilmirik. Dərd bir deyil, iki deyil, hələ gəlib qəzalı elektrik dirəklərini bir görsəniz?” – yazır sakinlər.

Gödəkqobu bələdiyyəsiÿ ittihamları qəbul etmir. Bələdiyyədən “Qaynar xətt”ə bildirilib ki, bələdiyyənin fondunda olan əkin sahələri müraciət edən kəndlilərə bərabər qaydada icarəyə verilir.

Zərdab rayon icra hakimiyyətindənÿisə kəndlərin sosial durumu ilə bağlı sosial layihələrin həyata keçirildiyini deyirlər. Deyilənə görə, bu layihələr, əsasən, kəndlilərin təsərrüfatının və xidmət sahələrinin yaxşılaşdırılmasına yönəlib.

Vergilər Nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki, Gödəkqobuluların vergi idarəsi ilə bağlı problemi varsa, rəsmi şəkildə Nazirliyin özünə müraciət edə bilərlər: “Xüsusilə son vaxtlar sahibkarların bu tipli məktubları diqqətlə araşdırılır”.

DSMF-dənsə Gödəkqobulu dükan sahibinin narazılığına münasibət öyrənmək mümkün olmayıb.

скачать dle 12.1
Xəbər lenti