ABŞ Yəməndə neft limanını hədəfə alıb. 20 nəfər həlak olub
18-04-2025, 14:13
32
ABŞ Yəməndə neft limanını hədəfə alıb. 20 nəfər həlak olub
ABŞ ordusu Yəməndə husi üsyançıların əlində olan əsas yanacaq limanını dağıtdığını bildirir. Husilər 20 nəfərin öldürüldüyünü, 50 nəfərin yaralandığını bildirirlər.
Birləşmiş Ştatlar ordusu Mərkəzi Komandanlığının məlumatına görə, Ras-İsa limanı İranın dəstəklədiyi husilərin yanacaq mənbəyini dağıtmaq, onları gəlirdən məhrum etmək niyyəti ilə hədəf götürülüb.
"Zərbə Yəmən xalqına ziyan vurmaq niyyəti güdmürdü, onlar düzgün olaraq husi boyunduruğundan azad olmaq, sülh içində yaşamaq istəyirlər", – komandanlıq vurğulayıb.
ABŞ prezidenti
Donald Tramp martın 15-də husilərin Qırmızı dənizdə və Ədən körfəzində mülki və hərbi gəmilərə hücumlarını dayandırmaq üçün hava zərbələri başladıb.
Hərbi təyyarələr və raketlər Yəməndə husi yaraqların hədəflərinə zərbələr endirirlər.
Husilər son hücumu pisləyiblər. İlkin ölü sayının beş tibb işçisi daxil olmaqla 20 olduğu bildirilir.
скачать dle 12.1