Macarıstanda hərbçilərə qaçqınlara qarşı silah istifadəsinə izn verildi

22-09-2015, 18:18
0
Macarıstanda hərbçilərə qaçqınlara qarşı silah istifadəsinə izn verildi
Macarıstan  Parlamenti miqrasiya böhranı fonunda sərhədlərin qorunması üçün ölkə ordusuna zərərsizləşdirici silah istifadəsinə izn verdi.
 
Uyğun qanun  parlamentdə  böyük səs çoxluğu ilə qəbul olunub. 
 
Bu barədə yayılan rəsmi bəyanatda bildirilir ki, ordu  rezin güllələr, pirotexnik qurğular, gözyaşardıcı qaz qumbaraları və tor atan silahlardan istifadə edə bilər.
 
Qeyd edək ki, 15 sentyabra keçən gecə qaçqınların keçişini dayandırmaq üçün  Macarıstan  Serbiya ilə sərhəddi bağlayıb. Bundan sonra  Serbiya ilə Macarıstan arasında olan neytral zonaya 5 minə yaxın qaçqın yığılıb. Səhəri gün onlar sərhəddə qapıları sındıraraq qarşıdurma yaradır. Azı 30 polis və 150 qaçqın yaralanır, 29 aktivist qaçqın həbs olunur. Miqrantlar neytral zonada olduqları üçün  Macarıstan hərbçiləri polisin yardımına gəlmə bilmir.
скачать dle 12.1
Xəbər lenti