İsrailin təzyiqlərinə baxmayaraq Qüdsə möhtəşəm bayram namazı - FOTO

24-09-2015, 19:20
0
İsrailin təzyiqlərinə baxmayaraq Qüdsə möhtəşəm bayram namazı - FOTO

Son zamanlar İsrail rejiminin Fələstin xalqına qarşı artan təzyiqlərinə baxmayaraq, bu gün on minlərlə insan Məscüdül Əqsada Qurban bayramı namazına toplaşıb.

Qılınan bayram namazından sonra dünən səhər Əl-Xəlildə İsrail əsgərləri tərəfindən vurularaq ağır şəkildə yaralanan və axşam saatlarında öldüyü açıqlanan Həşləmun üçün dəfn mərasimi keçirilib.

Həşləmunun Fələstin bayrağına bükülmüş nəşi ilk olaraq Əl-Xəlildəki Hüseyn məscidinə gətirilib. Burada qılınan cənazə namazından sonra fələstinli gənc qız Əl-Xəlildəki Şühəda qəbiristanlığında dəfn olunub.
 
Cənazə mərasimi boyunca əllərində Fələstin bayrağı daşıyan minlərlə insan, İsrail rejiminin Fələstin xalqına qarşı törətdiyi cinayətləri pisləyən şüarlar səsləndirib.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
скачать dle 12.1
Xəbər lenti