Cadugərlik edənlər həbsxanaya göndəriləcək

24-09-2015, 19:21
0
Cadugərlik edənlər həbsxanaya göndəriləcək
Tacikistan prezidenti Emomali Rahmon cadugərliklə məşğul olanların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Cinayət Məcəlləsinə nəzərdə tutulan dəyişikliyi imzalayıb.
 
Modern.az xarici mediaya istinadən bildirir ki, bundan əvvəl ölkə parlamentinin hər iki palatası dəyişiklik qəbul edilib.
 
Bundan sonra cadugərliklə məşğul olanlar 7 ilə qədər azadlıqdan məhrum edilə bilərlər. Əvvəllər Tacikistanda cadugərlik əgər sağlamlığa ciddi zərərlə nəticələnirdisə, bu, administrativ qayda pozuntusu hesab edilirdi və belə şəxslər pulla cərimələnirdilər.  
Tacikistanda ara həkimləri və xalq təbibləri çox populyardılar.
 
Respublika Daxili İşlər Nazirliyinin hesablamasına görə, ölkədə 5 mindən çox müxtəlif  təbib məntəqələri var. Hətta ali təhsilli insanlar belə fala baxanların və cadugərlərin yanına gedirlər.
 
2013-cü ildə Tacikistanda cavan oğlan mollanın "şeytanı qovduğu" zaman öldüyünə görə həbs edilib.  
скачать dle 12.1
Xəbər lenti