Putin tapdaladığı beynəlxalq hüquqa hörmətdən danışdı

29-09-2015, 00:55
0
Putin tapdaladığı beynəlxalq hüquqa hörmətdən danışdı

Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-də BMT-nin Nyu-Yorkda keçirilən Baş Assambleyasında BMT-nin fəaliyyətinə qiymət verməklə başlayıb.

Putin bildirib ki, ambisiyalarla deyil, ümumi dəyər və maraqlarla hərəkət etmək lazımdır. Problemlərin həlli üçün beynəlxalq hüquq əsasında səylər birləşdirilməlidir.

Rusiya prezidenti çıxışında ABŞ-ın adını çəkmədən faktiki olaraq bu ölkəyə ünvanlanmış bir sıra ittihamlar səsləndirib. O “bəzi qüvvələrin” demokratiya adı altında inqilablar həyata keçirdiyini deyib. Putin Ukraynada baş verən inqilabın və hakimiyyət dəyişikliyinin də kənardan təşkil etdiyini bildirib.

Suriya probleminə toxunan Putin deyib ki, İslam Dövləti qrupu ilə mübarizədə Bəşər Əsəd qüvvələri ilə əməkdaşlıq etməmək böyük səhv olardı.

O,  Əsəd qüvvələrinin İslam Dövləti qrupu ilə mübarizədə yeganə güc olduğunu qeyd edib.

Putin həmçinin Qərbi mötədil üsyançıları silahlandırmaqda tənqid edib və bildirib ki, onlar şoradan İslam Dövləti qrupuna qoşulublar.

Putin bildirib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının sədri kimi, Suriyada ekstremist qüvvələrlə mübarizədə bütün qüvvələrin koordinasiya edilməsini nəzərdə tutan qətnamədə razılıq əldə olunmasına çalışacaq.

Putinin çıxışı zamanı Ukrayna nümayəndə heyəti zalı tərk edib.

скачать dle 12.1
Xəbər lenti