Putin: "Suriyalı qaçqınlar terrorçuların vəhşiliyinə görə ölkədən qaçır"

29-09-2015, 19:52
0
Putin: "Suriyalı qaçqınlar terrorçuların vəhşiliyinə görə ölkədən qaçır"
«Niyə elə düşünürsünüz ki, qaçqınlar Suriyadan  prezident Bəşşar Əsədin  öz dövlətinin müdafiəsi üçün həyata keçirdiyi fəaliyyətinə görə qaçır? Niyə düşünmürsünüz ki, qaçqınlar  terrorçuların vəhşiliyinə, həmçinin insanların başını kəsən, diri-diri yandıran, diri-diri basdıran, dünya mədəniyyətnin abidələrini məhv edən İŞİD-çilərdən qaçır? İnsanlar ilk növbədən onlardan qaçır». Bu sözləri Rusiya Federasiyasının prezidenti Vladimir Putin  
amerikalı jurnalist Çarli Rouzun suallarının  cavablandırarkən bildirib.
 
«Əlbəttə, döyüşlərə görə də öz vətənlərini tərk edirlər. Bu aydındır. Lakin  terror qruplaşmaları xaricdən  pul və silahlarla təmin olunmasaydılar bu döyüşlər də olmazdı», - deyə Putin əlavə edib.
 
RF prezidenti bildirib ki, qaçqınlar təkcə Suriyadan deyillər: «Bəs Liviyadan kimlər qaçır? Bəs Mərkəzi Afrika  ölkələrindən, hansında ki, terrorçular ağalıq edirlər, ordan kimlər qaçır? Əfqanıstandan, İraqdan kimlər qaçır? Qaçqınlar ancaq Suriyadanmı qaçır?»
İŞİD-dən danışan Putin qruplaşmanın artıq  qlobal problemə çevrildiyini bildirib 
скачать dle 12.1
Xəbər lenti