20 gün Bağdadinin evində qalan yezidi qız nələrdən danışdı

6-10-2015, 23:30
0
20 gün Bağdadinin evində qalan yezidi qız nələrdən danışdı

İraqın Sincar məntəqəsində yaşayan 21 yaşlı xanım D.A. (adı çəkilməyən) İŞİD-çilərə əsir düşməsi barədə “Rudaw” agentliyinə müsahibə verib.

Həmin müsahibəni diqqətinizə çatdırırq.

Xanım D.A. deyib: “İŞİD-çilərin qorxusundan qaçaraq 5 gün Sincar ətrafında gizləndikdən sonra terrorçular bizi taparaq, özləri ilə əvvəl Təll-Əfərə və oradan da (Suriyada İŞİD-in paytaxtı sayıla) Raqqa şəhərinə apardılar.”

Onları minlərlə yezidi qadınlarla birgə Raqqada məktəblərin birinə yerləşdirirlər. İŞİD-çilər adıçəkilən xanımı və gözləri göy və saçları sarı olan daha bir neçə  qadını digərlərindən ayıraraq, Əbu-Bəkr Bəğdadinin evinə aparırlar.

Xanım D.A. deyib: “Bizi bir həyətə yığıb dedilər ki, xəlifə (Bəğdadi) sizi görməyə gələcək. Biz xəlifənin kim olduğunu tanımırdıq. Sonra bir nəfər daxil oldu və hamını nəzərdən keçirdikdən sonra çıxdı. Bundan sonra 60 qadının içindən mən və daha 2 qızı ayırdılar. Bizi Raqqadakı gözəl evlərin birinə apardılar. Orada İŞİD-in simvolu olan bayraq və hər hansı nişanə yox idi. Ancaq onu bildik ki, bura İŞİD-in yüksək çinli rəhbərlərindən birinə aiddir. Bizə demişdilər ki, siz bu evdə xidmətçi olaraq çalışacaqsız. Ancaq biz hələ də bilmirdik ki, gəldiyimiz yer İŞİD-in rəhbərinin evidir.

Zənnimcə o ev istirahət üçün nəzərdə tutulmuşdu. Çünki ora çox adam gəlib getmirdi. Bəğdadi əsasən gündüzlər evdə olurdu. Gecələr isə evi tərk edib gecə yarısı qayıdırdı. Onun yeməyi də bağqa yerdən gətirilirdi.”

Yezidi (İzədi) xanım bir dəfə qaçmaq istəsə də terrorçular onu taparaq geri qaytarıb.

O, daha sonra deyib: “Bəğdadinin evində bir qadın və iki uşağı var idi. Fikrimcə onlar Bəğdadının arvadı və uşaqları idi. Bir də orta yaşlı qadın var idi ki, o qaçmaqda bizə kömək etmişdi. İkincə dəfə əsir düşdükdən və Bəğdadinin evinə gətirildikdən sonra bir gün, xəlifə mühafizəçiləri ilə birgə tələsik evdən çıxdılar. Bu isə ikinci dəfə mənim qaçmağım üçün fürsət yaratdı.”

Xanım D.A. daha sonra başqa bir suriyalının evində xidmətçi kimi çalışıb. Ötən ilin noyabr ayında isə ailəsi ilə əlaqə yaratdıqdan sonra İraqa qayıda bilib.

Mən yalnız İraq Kürdüstanına qayıtdıqdan sonra bildim ki, qaldığımız ev Əbu-Bəkr Bəğdadinin evi olub.

скачать dle 12.1
Xəbər lenti