Amnesty International: ABŞ Yəməndə hərbi cinayətlər törədir - VİDEO

7-10-2015, 16:21
0
Amnesty International: ABŞ Yəməndə hərbi cinayətlər törədir - VİDEO
Amerikalı hərbçilərinin birbaşa və dolayı yolla Yəməndə hərbi cinayətlərdə bilavasitə əli var. Bu barədə Amnesty International təşkilatı bildirib.
 
"Dinc əhalinin üzərnə atılan bombalarla Səudiyyə Ərəbistanı Vaşinqton təchiz edib. Əhali  ittiham şahidləri kimi çıxış etməyə hazırdılar.
Budur amerikalıların təchiz etdiyi silahların törətdikləri. Baxın – bu, məsciddən qalan xarabalıqdır. Burada qaz balonları var idi. İlk zərbə bura dəyib", - deyə hüquq müdafiə orqanının nümayəndəsi Raşa Muhəmməd bildirir.
 

 

 
«ABŞ dərhal  Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələrinə silah verməni dayandırmalıdır», deyə qurumun bəyanatında bildirilir.
 
«Biz Beynəlxalq  Birlikləri  və BMT-ni  dinc sakinlərə qarşı silah istifadəsini  araşdırmasına və uyğun qiymətlər verməsinə çağırırıq. Bizim inkarolunmaz dəlillərimiz var. Bu faktları gizlətmək də cinayətdir», - Muhəmməd deyib.
 
Qeyd edək ki, bundan əvvəl amerikalıları «Sərhədsiz həkimlər» hərbi cinayətdə ittiham edib. Əfqanıstanın Gündüz  şəhərində xəstəxananın bombalanması nəticəsində 12 həkim və 10 pasiyent həlak olmuşdu. Təşkilatın  əməkdaşları hospitala hücumun bilərəkdən edildiyinə  əmindirlər.
 
 
Pentaqon hələ ki, Amnesty International-ın  bəyanatına reaksiya verməyib.
скачать dle 12.1
Xəbər lenti