Necə olub ki, İŞİD bu qədər "TOYOTA" maşını əldə edib? VİDEO

7-10-2015, 16:24
0
Necə olub ki, İŞİD bu qədər "TOYOTA" maşını əldə edib? VİDEO
ABŞ hökuməti nəhəng "Toyota" avtomobil istehsalı şirkətinə sorğu göndərərək, İŞİD terror təşkilatının bu markadan olan xeyli sayda yeni "pikap" və minik avtomobillərini necə əldə etdiyini aydınlaşdırmaq istəyib.
 
Avtomobil konserni cavab olaraq, avtomobillərin terrorçular tərəfindən əldə edilməsinin hər hansı yoluna dair təsəvvürə malik olmadığını bildirib.
 
Qeyd edək ki, Toyota markalı avtomobillər  İŞİD  terrorçularının paylaşdıqları təbliğbat videosunda daha sıx görünməyə başlayıb və kadrlarda maşının son modellərdən olduğu nəzərə çarpır.
 
Cavab olaraq  «Toyota»dan bəyan ediblər ki, avtomobillərn  terrorçular tərəfindən necə əldə olunması barədə azacıq da olsa təsəvvürləri yoxdur. Kompaniya ABŞ Maliyyə Nazirliyini avtomobillərinin Yaxın Şərqə çatdırılmasının məlum zənciri və çatdırılmaların müdafiəsi üçün Şirkətin həyata keçirdiyi prosedurlar barədə məlumatlandırıb. Bu barədə Şirkətin ictimaiyyətlə əlaqələr üzrə direktoru Ed Lüis bildirib. Onun sözlərinə görə, "Toyota", avtomobillərini hərbi məqsədlər və ya terror fəaliyyəti üçün istifadə və ya modifikasiya edə biləcək şəxslərə satmağa imkan verməyən sərt qaydalara sadiqdir.
 
Qeyd edək ki, son zamanlar Toyota Hilux, Toyota Tacoma və Toyota Land Cruiser İŞİD-in vizit kartına çevrilib. Terrorçular onların üzərinə  müxtəlif silahları, ocümlədən top və raket  qurğularını montaj edə bilirlər. İŞİD həmçinin Mitsubishi, Hyundai və Isuzu maşın markalarından da istifadə edirlər.
 
Bildirək ki, Yaponiya konserni avtomobillərin Suriyaya rəsmi çatdırılmasını 2012-ci ildə dayandırıb.
скачать dle 12.1
Xəbər lenti