"İŞİD-i yox edərək şəhid Həmədaninin intiqamını alacağıq"

12-10-2015, 16:28
0
"İŞİD-i yox edərək şəhid Həmədaninin intiqamını alacağıq"
«General Həmədaninin şəhid düşməsi  - təkfirçi-sionist terrorçulara  qarşı mübarizə aparan  Müqavimət Tandemi üçün dönüş nöqtəsidir». FaktXeber.org-un məlumatına görə, bu sözləri şəhid düşən  generalın ailəsini ziyarət edən İranın müdafiə naziri general Dehqan bildirib.
 
Onun sözlərinə görə, mərhum general Əhlibeyt aşiqi, mömin, igid, güclü və xalqsevər  bir komandir olub: «Şəhidin əsgər yoldaşları da onun  yolunu davam edəcək. İnşəallah dəyərli yol yoldaşlarımız təkfirçi İŞİD terrorçularının Yer üzündən silinməsinə qədər  mübarizəsini  apararaq, bütün şəhidlərin və terror təşkilatı tərəfindən məzlumcasına qətlə yetirilən  qadın, kişi və  uşaqların  qanının intiqamını alacaqlar», - deyə bildirib.
 
Qeyd edək ki, general Hüseyn Həmədani İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın komandanlarından və İranın Suriyadakı yüksək səviyyəli hərbi attaşelərindən idi. O, ötən həftə Suriyanın Hələb şəhərində İŞİD-in pusqusuna düşürdülərək şəhid edilib.
скачать dle 12.1
Xəbər lenti